Bu eşq və sevgi dolu gündə sevdiklərimizlə birlikdə olmaq bizi xoşbəxt edəcəkdir. Bir-birimizə etdiyimiz kiçik jestlərdən əlavə həmin gün necə göründüyümüz və nə hiss etdiyimiz də vacindir. Sevgililər gününə hazırlanmağın praktik yolları..
Gün üçün kombinizi indidən planlaşdırın. Sevgililər günündə özünüzə vaxt ayıraraq, özünüzü daha yaxşı hiss edəcəksiniz. Beləliklə, partnyorunuzla keçirəcəyiniz dəqiqələr daha da gözəlləşəcəkdir. Bu gün üçün romantik geyimlərə üstünlük verə bilərsiniz. Ətək və yun köynəklə kombin hazırlaya bilərsiniz.
Donlar xüsusi günlərin əvəzedilməz detalıdır. Kombinizi romantik kəsimli, qat - qat və şifom donlarla hazırlaya bilərsiniz. Donlarınızı çəkmələrinizlə uyğunlaşdırın.
Təbii makiyaj
Xüsusi gün olsa da, makiyak edərkən həddi aşmayın. Bütün məsumluğunuzun, sevginizin ortaua çıxması üçün təbii tonlarda olan makiyaja üstünlük verin. Dəri qüsurlarını örtmək problem deyil
Baxımlı saçlar
Aparılan araşdırmalara görə, kişilər baxımlı və uzun saçları sevirlər. Saçınızı açıb, dalğalı saç modelinə üstünlük verə bilərsiniz. Saçınıza uyğun aksesuarlarla tərzinizi əks etdirə bilərsiniz.