Sevən insan üçün sevginin vaxti, saatı, fəsli əlbəttə ki yoxdur. Sevən insan hər an, hər saniyə sevdiyini gözləyir. Hər bir xanim sevdiyi insanla bağlı xəyallar qurur və onların reallaşması üçün çalışır. İstər sevgili olsun, istər nişanlı, istərsə də ailəli hər xanımın sevdiyi şəxslə gəzməyə, gorüşməyə ehtiyacı var. Hər bir fəsildə gəzmək, görüşmək gözəldir. Hər xanımın öz zovqü olduğu kimi, sevdiyi fəsil də vardır. Həmin fəsildə sevgilisi ilə görüşmək əlbəttə ki zövq verir.
Gözəl bahar fəslində günəşin parlaq şəfəqləri altında, rəngbərəng çiçəklərin əhatəsində, ilıq yaz havasında onunla birgə addımlamaq, sevgilisindən aldığı gülü qoxlayaraq gələcək üçün şirin xəyallar qurmaq çox gözəldir.
Qızmar yayda qumlu sahillərin insanları səslədiyi bir vaxtda onunla əl-ələ tutaraq ayaqyalın dəniz kənarında gəzmək də çox gözəldir. Qumlar, balıqqulağılar ayaqlarının altını qıdıqlayır və ən onun gözlərinə baxaraq ən xoşbəxt anlarının xəyalını gerçəkləşdirməyi düşünürsən.
Artıq hava qaralır. Qarlı qış axşamıdır. Ətraf gəlin kimi ağappaq dona bürünüb. Həzin musiqi kimi qar yağır. Və o, səni evə ötürmək üçün iş yerinə gəlib səni gözləyir. Onunla birgə evə gedirsən. Yolunun üstündə uşaqlar, cavanlar bir-birinə qartopu atır. O səni bu qartopulardan qoruyur. Baxmayaraq ki, bir az sonra özü səni qartopu atəşinə tutacaq. Yun papağın başından düşəcək və saçların, kirpiklərin qara bələnəcəkdir. Əlinə bir quru budaq keçərsə, təmiz və korlanmamış qarlı bir yerə onun və öz adının baş hərflərini yazmağı unutma! Bax, o zaman o, sənin ürəyində onunla bağlı gələcək arzularını reallaşdırmağa tələsəcək.
Əziz xanımlar, onunla birgə hansını daha çox yaşamaqdan zövq alarsınız: baharı, yayı, payızı, yoxsa qışı? Bütün fəsillərdə sizlərə xoşbəxtlik diləyirəm. Romantik anlarımızı paylaşaq.