Sevgi!
Sevgi sözü ilə cümləyə başlamaq belə sevgiyə haqsızlıq kimidir. Çünki o zaman sevgini sərhəd içinə almış oluruq. Onu da digər qavrayışlardan bir qavrayış saymış, o qəbildə ələ almış oluruq. Amma sevgi bir varlıqdır - canlı, həssas, doğru, gözəl, saf, pak, təmənnasız nə varsa, onda olan bir varlıq.
Sevgi digər varlıqlar kimi nə ölür, nə də sərhədləri var. Sevgi ölmədiyi kimi bitən də deyildir. Ancaq qırılır, yaralanır və ondan istifadə edəni qürurla tərk edir. Sevginin olmaması işığın azalması, qaranlıqların yaranması kimidir. Necə ki, işığın azalması yox olması deyildir, sevgisiz şəraitlərin varlığı da sevginin olmaması, ya da bitməsi deyil.
Axı biz hamımız sevgidən yarandıq, sevgidən yoğrulub bədənimiz. Axı hamımız bir damla mayedən yarandıq. Sevgini izah edəcək sətirlər ola bilərmi, bilmirəm. Gerçək budur ki, sətirlərin anlada bilməyəcəyini dərk edərək sadəcə bəhs edirəm...
Sevgi ancaq bir omur boyu doğruluqdan ayılmadan axtaranların tapa biləcəyi qədər dəyərli, gözlə görünməyəcək qədər böyük, bir gülümsəmə qədər sadə, urəyimiz kimi içimizdə və bizə yaxın və ancaq bizimlə var ola biləndir.
Gözəl-çirkin, var-yox, az-çox, erkən-gec, nizamlı-nizamsız, olar-olmaz, vaxtlı-vaxtsız, mümkün - qeyri-mümkün və s . Mötərizə içindəki cümləni oxuyarkən içimizdən gələn "ah" səsini duyar kimiyəm. Hesab edirəm ki, bu sətirləri paylaşan çoxumuzun belə bir istəyi var. Sevgi ilə yoğrularaq yaradılan bizlər sevginin dadını, sərbəstliyini, sərhədsizliyini də bilirik... Mövlananın ''Nə olursa-ol, gəl" müraciətindəki bəşərilik kimi. Bu səbəbdəndir ki, biz sevgi axtarırıq. Sevgini axtararkən bəzilərimiz sevilməyi, bəzilərimiz sevməyi, bəzimiz isə sadəcə sevgini axtarırıq.
Axtarırıq: bizi biz olduğumuz üçün sevən birini, bizi çatışmazlıqlarımızı, səhvlərimizi, çirkinliyimizi də sevən birini... Bizi qarşılıqsız sevən birini.. Biz sevgini deyil, sevgiyə hakim olan və sevgi kimi bizə də hakim olacaq birini axtarırıq. Və təəssüf hissi ilə vurğulamalıyıq ki, doğulanın ən ümumi ibtidai qaydası olan "Möhtac olan hökmdar ola bilməz" məntiqinə əsasən sevgiyə möhtac bir insanın sevginin sahibi olaraq qarşımıza çıxması və bizə bu gözlədiklərimizi verməsini gözləyiriksə, bu, mümkün olmayacaq vəziyyətdir.
Axtarırıq! Sadəcə sevgini yaşaya biləcəyimiz birini...
Etiketsiz, sərhədsiz, adsız... Sadəcə sevgini dada biləcəyimiz birini...
Əvvəlini, sonunu belə düşünmədən, sadəcə sevə biləcəyimiz birini....
Malik olduğumuz tək varlığımızı, canımızı uğrunda belə düşünmədən fəda edə biləcəyimiz, sevgini tapa biləcəyimiz, sevə biləcəyimiz birini...
Axtarırıq!
Sevgini... Sadəcə sevgini...
Bəzən bir usağın saflıqla axan göz yaşında...
Bəzən damdakı göyərçinlərin gəlib çirkləndirdiyi pəncərimizdə...
Bəzən uşaqlıq rəsmlərimizdə...
Bəzən inandığımız müqəddəs məkanda dua edərkən sıgındığımız və inandığımız Yaradıcıda..
Bəzən iş yerindəki etik davranışlarımızda...
Bəzən dağ başında çiçək dərəndə...
Bəzən...
Bəzən...
Bəzən...
Bu axtarışlar müqəddəsdir! Axtaraq.... Axtarmağa davam edək....
Sevgi ancaq bir ömür boyu doğruluqdan ayrılmadan axtaranların tapa biləcəyi qədər dəyərli, gözlə görünməyəcək qədər böyük, bir gülümsəmə qədər sadə, ürəyimiz kimi içimizdə və bizə yaxın və ancaq bizimlə var ola biləndir...
Bir söz var:
Onu axtarmaqla tapa bilməzsən!
Ancaq tapanlar, yenə axtaranlardır...
O da bizim onu tapmağımızı ən azından bir o qədər istəyir və bizi həsrətlə Ona çataq deyə gözləyir!
Sevgi, sevgi, yenə də sevgi. Ancaq sevgi bütün dünyanı xilas edəcək!
Uşaq təlim-tərbiyəçisi Şahnaz Aras
XƏBƏR LENTİ
Hava haqqında - 25.12.2013
Bayram üçün kombin tövsiyələri
Qeyri-adi paxıllıq-VİDEO
Qəbul imtahanlarının vaxtları açıqlandı
İnstaqram üçün necə şəkil çəkdirməli?
Tez uzanan və güclü saçlar üçün 7 maska
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Almalı piroq (foto resept)
Uşaqlarda depressiya əlamətləri
Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
HAVA necə olacaq? 10-yanvar
Balıq qoxusunu aradan qaldıran üsullar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Qısa ətəkli ziyafət geyimləri
İş yerində yanlış davranışlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəriyə qulluqda gül suyu və yağı
Ətli mini zapekanka (foto resept)
Hər 10 qadına 22 uşaq düşür
Fəza təfəkküründən məntiqi sual(2)
Milli parklar təhlükədə
Yayın "qış" xəstəlikləri
Can Yamanı onlar da müdafiə etdilər
İvana Sert sevgilisi ilə tətildə
Yeni bankomatlar gəlir
Dabansız ayaqqabılar
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Qara nöqtələr üçün bal maskası
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Evdə heyvan saxlamağın faydaları
2014-cü ilin bahar ətirləri
Sənə qırmızı cox yaraşır
Ermənistan prezidentini öldürmək istədilər
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Kiçik top biskvitlər (foto resept)
Məşhur aparıcı övladını itirdi
Uşaqlara tez-tez hədiyyə almayın!
Uşaqları yemək yeməyə həvəsləndirək
Ronaldonun yeni klubu bəlli oldu
Müasir dərdin dərmanı - ...sevin!
Kömək gözləyən sevimli heyvanlar
8 qadın nazir təyin olundu
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
2017-ci il çanta dəbində çəhrayı
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
Sirli təbiət-Hissə 2
HAVA necə olacaq?
Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
Sürücülərin diqqətinə
- ŞƏRHLƏR