Axı məni sevirdin mənim sevdiyim kimi. Dəli bir sevda gəzirdi başımızda. Elə bir sevda ki, ondan heç vaxt yorulmazdım, usanmazdım aşiqlər kimi. Hər ikimiz xoşbəxt idik. Çünki aləmin bizə bəxş etdiyi o gözəl hissləri yaşayırdıq. Sevgi dünyasındaydıq. Mən və sən. Elə bir dünya ki, orda bizdən başqa kimsə yox idi. İkimiz idik. Sanki göylərdə uçurduq mələklər kimi. Onda aləm nə gözəl idi. Hər şey, təbiət, səslər, indi mənə yaxşı görünməyənlər onda nə gözəl idi, Allahım. Sevgim qarşılıqlı olduğundanmı hər şey bu qədər gözəl idi? Eh, yaxın olduğumuz qədər uzaq idik. Əlin əlimə dəymədi ki. Əlini mənə uzatmaq istədin, mən də əlini tutmaq istədim, fəqət mən çox uzaq idim. Sanki hərəmiz dünyanın bir başındaydıq. Yox, yox! Qəlbimiz çox yaxın idi, mənən yaxın idik. Cismən isə... Burdan əllərimiz bir-birimizə çatmazdı ki. Mən eşqin gücündən daha yüksəkliklərə qalxdıqca sən sanki aşağı enməyə çalışırdın. Mən qorxurdum, Tanrımın başımdan bu sevdanı çıxarmasından qorxurdum. Özümü bu eşqlə xoşbəxt sanırdım, sən də qorxurdun, qorxurdun ki, birdən bu eşq başından çıxmaz və sən göylərdən enə bilməzsən, hamı kimi ola bilməzsən. Mən hamı kimi ola bilmədiyim üçün, bu eşqimə görə əzab çəkdiyim üçün özümü xoşbəxt sanırdım. Eşqin əzabı da mənə şirin gəlirdi. Çünki mən təmiz eşqimlə Tanrıya daha yaxın idim. Göylər daha gözəl idi. Məni göylər çəkdikcə səni yerlər çəkirdi, beləcə uzaqlaşırdıq. Birgə pərvaz etdiyimiz anlarda isə necə də xoşbəxt idik. Qəlbimiz, ruhumuz eşqimizlə qidalanırdı. Hər şeydən uzaq idik, sanki. Mən qəlbimdəki eşqimlə qalxırdım, sən isə ağlındakı eşqinlə. Hansı təmiz idi? Axı sən də qəlbinin səsinə qulaq asa bilərdin. Mənim kimi, sevgilim. Mən sənə əlimi göylərdən uzatmışdım, sən isə əlini yerdən. Gec idi daha, sən qalxa bilməzdin, mən də enə bilməzdim. Çünki sən qəlbindəki eşqini ağlına satdın. İndi mən qəlbimin eşqiylə göylərdəyəm, sən isə ağlının səsiylə yerlərdə.
Niyə sevdin məni? Niyə qəlbimi yerindən oynatdın? Və illər sonra da unutdun. Canım yanır, göz yaşlarım bulaq suyu kimi tökülür. Hamı mənə: "Niyə səni sevirəm?" deyə soruşur. Axı səni görən kəslər sənin doğrudan da sevilə biləcək biri olduğunu dərhal başa düşür. Qəlbimin harayı bir xalqı oyada bilərdi, lakin səni oyada bilmədi. Qara bəxtim oyanmadı. İndi qəlbim param-parçadır. Şüşə qırıqları kimi. Mənə sevdiyini deyirdin, biz başqa dünyanın insanlarıyıq deyirdin. Bir dünyanın ki o hamıya aid deyil. Axı nədən ayrıldıq? Yox, heç ayrılmadıq ki. Mən yenə səninləyəm, gecələr, gündüzlər. Qəlbim sənin adınla döyünür, səni hər an düşünürəm, sevgilim. Əlimi uzatsam sənə çatmaz, çağırsam eşitməzsən. Axı mən yenə göylərdəyəm, mələklər kimi. Sən isə endin yerə. Çünki mələk olmaq istəmədin. Çünki sən... Sən daha məni sevmirsən ki...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dil öyrənmək üçün
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Vahid tarif sistemi tətbiq olunacaq
Emrah son dəfə oxuyacaq!
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Moskvada daha bir məscid tikiləcək
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Maqnit qasırğası gözlənilir
Eliksirlə 10 yaş cavanlaş!
Bijüteriya asqıları
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Ronaldo 70 illik rekordu qırdı
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Qan aldırmaq nəyə kömək edir?
HAVA necə olacaq?- 11 MAY
Gündəlik dəbli koftalar
Suvenir formasında hazırlanmış kostyumlar
Serenay öz gözəlliyindən danışdı-FOTO
Məşhur aktrisa Qəbələdə dincəlibmiş-FOTO
İlin dəbli çantaları
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
İlan, ya tırtıl?
Bu şəxslər 100 dollar cərimələnə bilər
Namazın rükətlərinin sayını bilmədən...
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
"İşğalçılar məhv olunacaq"
Təhlükəli kosmetik məhsullar
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Cəlilabad rayonu
Fəlakət: ən böyük göl qurudu
Xilaskarlarına minnətdar olan heyvanlar
Düşmənə daha bir tutarlı cavab
Polis kenqurunu axtarışa verdi
Kosmik gəmi keksi (foto resept)
Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Naməlum heyvan cəsədi tapıldı
Şəkərli diabet
Bu pişiklər 300 minlik sərvətə sahibdir
Bütün dünyanın inandığı yalanlar
C vitamini
Ecazkar xanımlar üçün donlar
Füzulidə gecə gərginliyi
- ŞƏRHLƏR