Təzəlikcə bir yeni kitab gördüm, diqqətimi cəlb etdi və almağa qərar verdim. Aldığım üçün də heç peşman olmadım. Çox bəyəndim. İstədim ki, sizinlə də bölüşüm. Əsərdə ümumi bir süjet xətti yoxdur. Əsər kiçik hissəcikli mətnlərin birləşməsindən yaranıb. Ümumi dili sadə və axıcıdır. İnsan bir dəfə başladımı, bitirməmiş kitabı əlindən yerə qoymaq istəmirş Zamanımın azlığından dolayı mən bu kitabı təkcə gün yarıma bitirə bildim. İnanıram ki, siz də oxusanız çox bəyənəcsiniz. Beləliklə, Nagehan Karaman "Dönərsən deyə" ("Dönersin diye") Əsərindən seçdiyim və tərcümə etdiyim bəzi hissələr ilə sizi tanış etmək istəyirəm. Buyurun, oxuyun və fikirlərinizi bildirməyi də unutmayın.
Sən, bəli sən, ilk məni sevmiş olan adam. Artıq başqa bir şəhərdə, başqa qadınların gülüşünə səbəb olan. Onların hər birində məndən bir parça görürəm, hazırda həyatımda yaşatdığım başqa bədənlərdə qarşılaşdığım izlərim kimi. Məni unutduğunu inkar edib dursan belə sən ilk məni sevdin. İndi sevdiklərin sadəcə mənim oxşarlarımdır.
***
Upuzun cümlələrim var sənə aid: çoxu layiq olduğundan daha gözəldir... İndi isə bunların hamısını buraya sakitcə qoyuram... Birdən olar... Geri dönərən...
"Tez aşiq oluram" deyə düşünüb bəzi adamları sevmək üçün səy göstərdim deyə bilərəm. Bəziləri həqiqətən səmimiydi və heç biri sənin kimi sevə bilmirdi. Böyük bir parçamın səninlə getdiyini görürəm. Uşaqlığımın... Həyəcanımın...
***
Sənin sadəcə gedişini sevmədim... Geriyə dönüb baxanda etməyəcəyəm dediyim hər şeyə əsəbiyəmmiş sən demə...
***
Bəziləri özlərini elə aparır ki, sanki heç sevməyiblər. Sevmək... Sözdə var, amma əməldə yoxdur. İş burasındadır ki, düşünərkən yox olmur. Hər zaman bir yolunu tapıb çıxışa çata bilir. Buna səthi baxa bilmək istedadır, yoxsa bəla?
***
Deyəsən biz kədəri də çox sevirik.
İstə və qazan həyatı. Həyat gözləyənə doğru getmir, gözləməyə ərinəni yaşadır.
***
Bu səhər, həqiqətən də, onsuz oyandım. Külək pəncərədən sənə doğru əsirdi və sən, həqiqətən, üşüyürdün. Yorğanı başına çəkdin və onu yanı başında xəyal etdin. Gözlərini yummaq bu işi daha asan hala gətirirdi və yumdun. Ora elə özəl və sənin nəzarətin altında olan bir yer idi ki, külək artıq səni üşütmək əvəzinə isidirdi. Gözlərini gec-tez açacaqdın ki, açdın... Yox idi. Amma gözəl bir sabah olmuşdu sənin üçün. Bir sonrakını görməyə bəhanə...
Mən sonlandırıram artıq. Gerisi səndə... Acı keçmişini təzə nailiyyətlərə çevirmən və dönərsən deyə qurduğun xəyalların, gözlədiyindən az xəyal qırıqlığı keçirməsi diləyi ilə... Başqa bir şəhərdə başqa qadınların gülüşünün səbəbi olan...
P.S: Şəkillərin hər biri özümə məxsusdur!
Gülər Bayramlı
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR