Qadin.NET / Məntiq dərsi

Məntiq dərsi

 

Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək: 
 Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu. 
 Professor tələbƏlərin ona maraqla baxdığını gördü və:  
-Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, - deyərək sözə başladı: 
-Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır? 
Tələbələr heç tərəddüd etmədən: 
-Əlbəttə ki, üstü kirli olan, - deyə cavab verdilər. 
Professor gülümsəyərək: 
-Məntiq isə bu suala cavab verməzdən əvvəl bunu soruşur: “ Necə olur ki, eyni mədəndən çıxan iki nəfərdən birinin üst-başı tər-təmiz, o birininki isə kirlidir?..”
18 noyabr 2011
GO BACK