Qadin.NET / Qarğış edənləri hansı cəza gözləyir?

Qarğış edənləri hansı cəza gözləyir?

 

Qarğış edənləri hansı cəza gözləyir?

Həzrət Muhəmməd (s) Mədinədə yaşayarkən yəhudilərdən bir dəstəsi peyğəmbərlə üzləşdikdə "Əssəlamu əleykə" əvəzinə deyirdilər: "Əssamu əleyk". "Sam" ərəb dilində "ölüm, həlakət və xəstəlik" mənasındadır. Yəni yəhudilər "Salam olsun sənə" əvəzinə deyirdilər: "Ölüm və həlakət olsun sənə".

 

Allahın Rəsulu (s) bu təhqiramiz cümlələri eşidirdi, ancaq böyüklük və mərhəmətindən onun üstünü vurmurdu və onları cəzalandırmırdı.

 

Hər dəfə yəhudilərdən biri peyğəmbərə "Əssamu əleyk" deyəndə, Həzrət Peyğəmbər (s) onların cavabında ancaq "əleyk" deyirdi. Yəni hər nə deyirsən, özünə olsun. Bu tərtiblə yəhudilərin qarğış və söyüşlərini nə özünə çəkirdi, nə də onların qarğışlarını cavabsız qoyurdu.

 

Bir gün Allahın Rəsulu (s) Aişənin evində idi. Yəhudilərdən bir neçəsi əziz Peyğəmbərin (s) yanına gəlib, "Əssamu əleyk" dedilər.

 

Aişə tab gətirməyib pərdə arxasından fəryad etdi: "Ölüm, həlakət, lənət və qəzəb sizin özünüzə olsun".

 

Həzrət Peyğəmbər (s) Aişəni bundan çəkindirib dedi: "Ağzından çıxan söyüş əgər bir şəkil və surətə girsə, pis və qəbahətli şəklə düşər, bu pis surət ölümdən sonra həmişə səninlə birgə və sənin həmrahın olacaq, sənə əzab verəcək.

 

Əksinə, əgər mehribanlıq etsən, mehribanlıq həmişə yaxşı bir surətdə cilvə alar və ölümdən sonra həmişə sənin yoldaşın olar və səni şad edər.

 

Səbir etmək şeytanı (lən) naləyə vadar edər.

 

Behişt söyüş söyənlərə haramdır, söyüş söyən - nə dediyini və onun dalınca nələr deyildiyini bilməyən bir kəsdir".

 

Milli.Az

 

28 noyabr 2019
GO BACK