Qadin.NET / Gözəl nitq üçün 5 tövsiyə

Gözəl nitq üçün 5 tövsiyə

 

1. Hər gün heç olmasa bir yeni söz öyrənin

Yeni söz eşitmisiniz və ya oxumusunuzsa, onu "Vikipediya" və ya izahlı lüğətdə (axtarıb) tapın. Onun mənasını oxuyun, bu terminlə əlaqəli təsvirinə baxın. Sonra gün ərzində bir neçə dəfə onu istifadə etməyə çalışın.

Gözəl nitq üçün 5 tövsiyə

2. Səsinizi diktafona yazın və nitqinizi analiz (təhlil) edin

Bu gözəl nitqə malik olmaq üçün birinci addımdır. Bir müddət sizə elə gələ bilər ki, sanki tamamilə yad bir səs eşidirsiz.

Kəkələmə, parazit-sözlər (əlavə və mənasız sözlər, məs: «guya», «məsələn», «əslində», «di», «belə», «necə deyərlər», «məhz», «ümumiyyətlə», «başa düşürsən» və s.) həddindən artıq sürətli nitq - kənardan nitqi eşitdikdə, bu (cür) çatışmamazlıqları asanlıqla tapırıq. Şəxsi zəif tərəfləri təyin edib, nəyin üzərində işləməyin gərəkli olduğunu anlayacaqsız.

 

3. Öz üzərinizə natiqlik rolunu (vəzifəsini) götürün

Nə üçün insan açıq (camaat arasında) çıxış etməkdən qorxur? Bu, şəxsi çıxış barədə inanmsızlıq, etiraz həmlələri qarşısında qorxunun şərtləşdirilməsidir (Yəni, insan elə düşünür ki, onun çıxışı uğursuz alınacaq və etirazla qarşılanacaqdır - F.A).

Problemlərin həlli - praktikadır. Velisopeddə hərəkət etməyi öyrənmək üçün - velisoped sürmək lazımdır.

- Özünüz üçün kiçik bir çıxış yazıb, onları güzgü və ya yaxın insanlar qarşısında məşq edin.

- Yığıncaq və iclaslarda tez-tez çıxış etməyə çalışın. Misal üçün, sizin şöbəniz adından çıxış hazırlamaq lazım olduğu zaman, üzərinizə natiqlik vəzifəsini götürün.

- Masa ətrafında dostlar əhatəsində olarkən, gözəl arzular, sağlıq söyləməklə məşq edin.

Gözəl nitq üçün 5 tövsiyə

4. İntonasiyaları məşq etdirin

Bir şeiri və ya kitabdan olan hissəni - işgüzar, şivəli (şux), mehriban, kobud və s. müxtəlif səslərlə oxumağa çalışın. Müxtəlif çalarlar verin və diqqət edəcəksiz ki, eyni mətn müstbət qüvvələri (təsir) oyatmağa malikdir.

Natiqlik sənətinə yiyələnmək üçün bu, əla trenajordur.

 

5. Yaxşılardan nümunə götürün

Məşhur natiqlərə qulaq asın, onların çıxışlarını təhlil edin və onları dahi natiq edən şeyin nə olduğunu anlamağa çalışın.

Tədricən siz əminlik qazanacaq və özünüzü həm də ətrafdakıları istedadlı natiq olduğunuza dair razı salacaqsız.

 

Tərcümə və tərtib: Fərid Abdullah

5 noyabr 2019
GO BACK