Qadin.NET / Məhəmməd Əlinin tarixi sözləri

Məhəmməd Əlinin tarixi sözləri

 

Məhəmməd Əlinin tarixi sözləri

"Yaxın 16 ildə mən nə edəcəyəm? Daha yaxşı nə edə bilərəmsə. O da Allahla görüşməyə hazırlaşmaqdır. Mülkə sahib olmaqmı, bizneslə məşğul olmaqmı, boksçu hazırlamaqmı? Bütün bunlar Cənnətə düşməyimə kömək edə bilməz. Allah mənə nəzarət edir. Allah məni Co Freyzeri döydüyümə görə tərifləməyəcək. Amerikadan, ya İngiltərədən olduğumuzun bir fərqi yoxdur. Nə qədər varlı olduğumuzun bir mənası yoxdur. Bütün bunlar Onundur. Zəruri olan budur ki, biz bir-birimizə qarşı necə yanaşırıq. Bir-birimizə necə kömək edirik. Buna görə də mən öz həyatımı, məşhurluğumdan və ad-sanımdan istifadə edərək yaxşılıq etmək, insanlara kömək göstərmək və onları birləşdirməyə həsr edəcəyəm. Camaat bir-birini dində olan fikir ayrılığına görə dağıdırlar. Elə insanlar lazımdır ki, sülh yarada bilsinlər. Öldüyüm zaman mən Cənnəti görmək istəyirəm. Ora düşmək istəyirəm.

Məhəmməd Əlinin tarixi sözləri

Biz nə qədər yaşayırıq? Səksən ilmi? Bütün bu auditoiyada olanlar, sizdən bəziləriniz 20, bəziləri 50, kimsə də 30 ildən sonra öləcək. Gec-tez hamımız öləcəyik. Bütün bunlar sınağa görədir ki, həyatımızı harada keçirəyəcəyimiz görünsün, Cənnətdəmi, yoxsa Cəhənnəmdə. İndi olan həyat deyil ki. Sizin daxili varlığınız batindədir. Sizin cisminiz qocalır. Bir özünüzə baxın, Kiminsə artıq dişləri çatışmır, kiminsə saçları tökülür, bədəni tez əldən düşür. Ancaq bizim kimliyimiz, qəlbimiz heç vaxt ölməyəcəkdir. O əbədidir. Cism, sadəcə qəlbin anbarıdır. Əlqərəz, Allah bizi sınağa çəkir ki, bir-birimizə qarşı necə yanaşırıq, biz necə yaşayırıq, Nəticədə sığınacağımız Cənnətdəmi olacaq, yoxsa Cəhənnəmdə? Maddi bədənlər uzunömürlü deyil. Bu bina onu tikən şəxs öldükdə belə, burada duracaqdır. İngiltərə tarixində çoxlu kral və kraliça olub. Onların hamısı ölüb. Biri ölür, o birisi gəlir. Biz də burada həmişəlik qalmayacağıq. Bizə heç nə aid deyil. Hətta sizin övladlarınız da sizin deyil. Həyat yoldaşınız da sizin deyil. Siz ailənizin sahibkarı deyilsiniz. Deməli, mən nəyi demək istəyirəm: Sənin həyatında əsas olan sən öldükdən sonra baş verəcəkdir. Cənnətəmi düşməyə hazırlaşırsan, yoxsa Cəhənnəməmi. Və bu artıq əbədiliyin kateqoriyasıdır. Belə ki, boksla məşğul olduqdan sonra nə iş görəcəyəm? Mənim 16 səmərəli ilim qalmışdır. Və mən Allahla görüşə və ən yaxşı yerə düşməyə hazırlaşacağam".

 

Tərcümə etdi: Fərid Abdullah

 

3 noyabr 2019
GO BACK