1. Səmimiyyətsiz duyğulara baxın
Bir insan sizə qarşı söylədiklərində və ya hərəkətlərində səmimi deyilsə, yalan dediyinə əmin ola bilərsiniz. Səmimi olmayan duyğuları zamanla anlaya bilərsiniz. Bəzi insanlar əsəbi sifətlə belə bizə gülümsəyə bilərlər. Dodaqlarınızın hərəkəti ilə üzünün ifadəsini anlaya bilərsiniz.
2. Daxili səsinizi dinləyin
İlk tanış olduğunuz zaman, daxili səsinizi dinləyin. O sizə düzgün yolu göstərəcək. Çox vaxt daxili səs insanı düzgün istiqamətləndirir. Başqa insanın yalan dediyini hiss edə bilərsiniz.
3. Göz təması qurmağa diqqət göstərin
Yalan danışan insanlar göz təması qurmaqdan qaçırlar, göz təması qurduqlarında özlərini rahat və təbii hiss etməzlər. Gözlərini qaçırarlar. Biri danışarkən gözünü qaçırırsa, yalan dediyini anlaya bilərsiniz.