Qadin.NET / Bernard Şoudan 10 ən yaxşı sitat

Bernard Şoudan 10 ən yaxşı sitat

 

1. Nə zaman ki, biz, quşlar kimi havada uçmağı, balıqlar kimi suyun altında üzməyi öyrəndik, bizə çatışmayan yalnız bir şey qalır: (O da,) Yer üzərində, insanlar kimi yaşamağı öyrənmək.

Bernard Şoudan 10 ən yaxşı sitat

2. Təcrübəsizlərin böyük əksəriyyətinin demokratik seçkilərinin nəticəsində az sayda satılmışlar meydana çıxır.

 

3. İnsanların iki faizi düşünür, üç faizi düşündü

klərini düşünür, 95 faizi insanlar isə, düşünməkdənsə ölsələr yaxşıdır. (Yəni, onlar ölməyi, düşünməkdən üstün bilir, düşünməyi fikirlərindən belə keçirtmirlər. -F.A)

 

4. Əgər sizin bir almanız, mənim bir almam varsa və əgər biz bu almaları dəyişdirsək, o zaman sizdə də, məndə də - hərəmizdə bir alma olacaq. Amma, əgər sizdə bir ideya və məndə bir ideya varsa, ideyaları dəyişdirdikdə, hər birimizdə iki ideya olacaq.

 

5. Yalnızlıqla yaşamağı bacarmaq və ondan həzz almaq - böyük bir istedaddır.

6. Mənim zarafat üsulum - həqiqəti deməkdir. Dünyada daha gülməli başqa bir şey yoxdur.

 

7. Bizim xoşbəxtliyi istehsal etmədən, onu xərcləmək hüququmuz yoxdur.

 

8. Elə bir qadın yoxdur ki, "Hələlik!" sözünü otuz kəlmədən az deməyi bacarsın.

 

9. Sevdiyinizi əldə etməyi bacarın, əks təqdirdə əldə etdiyinizi sevmək məcburiyyətində qalacaqsız.

 

10. Qadının ehtiyacı (tələbi) - bacardığı qədər tez ərə getməkdir, kişinin ehtiyacı (tələbi) isə, - bacardığı qədər (gücü çatana qədər) evlənməməkdir.

 

Tərcümə etdi: Fərid Abdullah

11 avqust 2019
GO BACK