Professor əlində içi dolu bir stəkan tutaraq dərsinə başladı. Hər kəsin görəcəyi bir şəkildə tutdu və soruşdu:
- Bu stəkanın ağırlığı, sizcə, nə qədərdir?
- 50 qr! …. 100 qr! …..125 qr - deyə tələbələr cavabladı.
- Stəkanı çəkmədikcə həqiqətən mən də bilə bilmərəm - professor dedi. - Amma mənim sualım belədir: bu stəkanı bir neçə dəqiqə belə tutsaydımŞ nə olardı?"
- Heç bir şey - deyə tələbələr cavab verdi.
- Bəs yaxşı, 1 saat boyunca tutsaydım, onda nə olardı? - deyə professor soruşdu.
- Qolunuz ağrımağa başlardı - deyə tələbələrdən biri cavabladı.
- Haqlısan, yaxşı, indi mən bir gün boyunca tutsam nə olardı?
- Qolunuz bərk ağrıyar, əzələ spazmı kimi problemlər yaşayardınız və xəstəxanaya getmək məcburiyyətində qalardınız!.
Bütün tələbələr müxtəlif cavablar verdilər və gülüşdülər.
- Çox yaxşı. Yaxşı, bütün bu problemlər olarkən stəkanın ağırlığında bir dəyişmə olardımı? - deyə professor soruşdu.
- Xeyr - deyə hər kəs cavab verdi.
- Yaxşı, o zaman qolun ağrımasına və əzələ spazmına səbəb olan nə idi?
Tələbələr tapmaca həll edirmişcəsinə düşünməyə başladılar.
- Ağrıdan xilas olmaq üçün nə etməliyəm bu vəziyyətdə? - deyə professor təkrar soruşdu.
- Stəkanı buraxın, düşsün! - deyə tələbələrdən biri cavab verdi.
- Əlbəttə! - professor dedi. - Həyatın problemləri də belə şeydir. Onları beynində bir neçə dəqiqə fikirləşərsən. Bir problem yoxmuş kimi görünər. Uzun bir müddət fikirləşərsən. Başınız ağrımağa başlayar. Daha uzun fikirləşərsən. Artıq səni məhv etməyə başlayar və sən heç bir şey edə bilməzsən. Həyatdakı mübarizələri və problemləri düşünmək əhəmiyyətlidir. Lakin daha əhəmiyyətlisi onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). Bu şəkildə stressə girməz, hər gün təzə bir beyin ilə oyanar və yolunuza çıxan hər problemlə mübarizə edə biləcək gücdə olarsınız!"
Sizə də məsləhətimiz əziz Qadın.Net xanımları:
"Stəkanı yerə buraxın bu gün!"