1. Xoşbəxtlik siyahısı
Hər şeydən əvvəl, hər insan öz xoşbəxtlik siyahısını müəyyənləşdirməlidir. Sizə zövq verən və sizi xoşbəxt edənlərin siyahısını hazırlayın.
2. Təşkil etmək
Cəsarətiniz qırıldıqda, otağınızı yenidən dekorasiya edin, əşyalarınızın yerini dəyişdirin. Bu məşğuliyyət sizi narahat düşüncələrdən xilas edəcək. Sahib olduqlarınızı gözdən keçirin.
3. Torpaqda ayaq yalın gəzin
Təbiətlə təmas halında olmaq, həyatda olduğumuzu, xoşbəxt olmağa layiq olduğumuzu hiss etməyə kömək edir. Əgər şəhərdə yaşayırsınızsa, parka da gedə bilərsiniz. Təbiət qoynunda olmaq stressi azaldır.
4. Gülümsəyin və qucaqlayın
Dostalarınızı və ətrafınızda olan insanları yəqinki sevirsiniz. Ancaq sevginizi həmişə ifadə etmirsiniz. Bu sizi xoşbəxt edən davranışlardan ola bilər. Özünüzü ifadə edin.
5. Gəzin və dərin nəfəs alın
Dincəlmək üçün dərindən nəfəs alın və yürüşə çıxın. Fiziki və zehni sağlamlıq üçün dincəlmək vacibdir.