Xeyriyyə təşkilatına bağışlayacağımız 100 manat gözümüzə çox böyük görünür. Amma bazara gedərkən o 100 manat çox az gəlir. Çox qəribədir!
ALLAH yolunda bir saat çalışmaq vaxt kimi bizə çox uzun gəlir. Amma həmin zamanı əyləncəyə həsr etdikdə nə qədər qısa olduğunu düşünürük. Çox qəribədir!
Quran oxumaq üçün əziyyət çəkirik. İki yüz səhifəlik bir romanı oxumaq isə nə qədər asandır. Çox qəribədir!
Quranda yazılanları çək-çevir edirik. Eyni zamanda qəzetlərdə yazılanlara o dəqiqə inanırıq. Çox qəribədir!
Namaz qılarkən oxuyacağımız ayələrdə çaşırıq. Amma bir dostumuzla danışanda bül-bül kimi ötürük. Çox qəribədir!
İslami bir fəaliyyətə vaxt ayırmaq çətin olur. Lakin başqa sosial dərnəklərə asanlıqla zaman ayırırıq. Çox qəribədir!
Bir-iki Quran ayəsi əzbərləməyə çox vaxt və cəhd lazım olur. Bir mahnının sözlərini isə az müddətdə əzbərləyirik. Çox qəribədir!
Ən xırda problemimiz barədə saatlarla, bəzən hətta günlərlə düşünürük. Amma axirət həyatı, qiyamət günü barədə düşünmək ağlımıza belə gəlmir. Çox qəribədir!
Həyatımızı sanki əbədiymiş kimi yaşayırıq. Halbuki, hamımız çox yaxşı bilirik ki, bir gün öləcəyik. Çox qəribədir!