Qadin.NET / Ayrılmaq çətindir

Ayrılmaq çətindir

Bir çox məqalələrdə, xəbərlərdə ayılmağın çətinliyindən dəfələrlə danışmışıq, bunu müzakirə etmişik. Mən təkrara yol vermək istəmirəm, mövzum ayrılıq olsa da, ayrılığa bu dəfə başqa nöqteyi-nəzərdən baxmağı təklif edirəm. Bu dəfə öz istəyimizlə ayrılmaqdan danışacam.

 

Aramızda təbii ki, belələri var ki, ya indiki zamanda, ya da nə vaxtsa keçmişində öz istəyi ilə ayrılıb. Söhbət sevgilidən ayrılmaqdan gedir.

Biz müxtəlif səbəblərdən sevgilimizdən ayrılmağı istəyə bilərik. Bu elə səbəb ola bilər ki, buna istəmədən əl ataq. Tutalım ki, qarşı tərəf bizə xəyanət edib, ya da valideynləri bizi qəbul etmək istəmir. Belə halda ürəyimiz istəməsə də, ayrılıq təklifini özümüz verə bilərik. Ya da elə vəziyyət ola bilər ki, özümüz ayrılmaq istəyək. Bu da  müxtəlif səbəblərlə bağlı ola bilər: sevgilimizi artıq sevgili deyil, eks-sevgili kimi görəndə, ona olan hisslər öləndə, gözümüzdən düşəndə və ya artıq başqasını sevəndə.

 

Ayrılmaq çətindir

Belə vəziyyətdə deyə bilərik ki, burda çətin nə varki, istəmirik, ayrılaq da. Amma məsələ heç də həmişə belə asan ola bilməz. Qarşı tərəfin bizə qarşı olan sevgisini görəndə, özümüz içimizdə utana bilərik, onun qəlbini qırmaq istəməyə bilərik və eyni zamanda onunla boş bir vaxt keçirdərək öz vaxtımızı boşuna xərcləyə bilərik. Əslində, çox çətin vəziyyətdir, çox ağır mövzudur bu. Səni sevən insanı, sənə öz sevgisini əsirgəməyən insanı beləcənə rahat atıb “ayrılaq” deməklə qəlbini sındırmaq çox çətindir, bunun üçün insanda həm cəsarət olmalıdır, həm özünə sevgi, həm də bir az pis səslənsə də, arsızlıq olmalıdır.

 

Çox uzun yazmayıb, birbaşa  sualıma keçəcəm:

Həyatınızda öz istəyiniz olsa da, ayrılmağa cəsarət etmədiyiniz məqamlar olub? Varmı?

Mümkünsə, səmimi olaq, bir-birimizin həyat təcrübələrindən faydalanaq.

29 sentyabr 2011
GO BACK