Qadin.NET / Niyə xarici mal dalınca qaçırıq?

Niyə xarici mal dalınca qaçırıq?

Son zamanlar ölkəmizin iqtisadiyyatı daha çox inkişaf edir. Ölkəmizdə yerli mallar istehsal edilir. Buna baxmayaraq, xaricdən gətirilmə mallar da çoxdur. Ölkəmizdə istehsal edilən malların keyfiyyətli və yaxşı olmadığını düşünən adamlar da az deyil. Bunun üçün xarici mallara üstünlük verilir.

Elə müqayisə üçün geyim sahəsini götürək. Çoxumuz brend, marka dalınca qaçırıq. Mənim özüm də geyim alarkən xarici ölkədən gətirilən mallara üstünlük verirəm. Çünki xaricdən gətirilən malların daha keyfiyyətli və formaca bədən standartlarına uyğun, gözəl tikildiyini düşünürəm. Öz ölkəmizdə tikilən paltarları necə gəldi tikirlər. Ad olsun ki, paltar tikdik. Bu, mənim şəxsi fikrimdir. Mənimlə razılaşmayanlar da ola bilər. 
Ölkəmizdə təkcə geyim üzrə yox, bütün sahələr üzrə istehsal edilən mallar keyfiyyətli və yaxşı olmalıdır ki, reklam olunsun və brendə çevrilsin.

Əziz Qadın.Net xanımları, siz necə, yerli, yoxsa xaricdən gətirilən mallara üstünlük verirsiniz? Nəyə görə xarici mallara üstünlük verirsiniz - keyfiyyətinə, yoxsa brendə görə?
2 oktyabr 2011
GO BACK