Praktikada onlar bir-bir öz təsdiqini tapırlar
• Heç kəsə etibar etməyən insanların özləri etibar olunmağa layiq deyillər
Münasibətlərdə özünü daim inamsız və narahat hiss edən adamlar, çox güman ki, bu münasibəti elə özləri dağıdacaqlar. Axır biz dətən özümüzü ağrıdan xilas etmək üçün başqalarına acı çəkdiririk.
• İnsanların diqqətini özümüzə nə qədər çox çəkməyə çalışırıqsa, onların bizdən bir o qədər daha az xoşları gəlir.
Heç kəsin aşırı şəkildə “dəridən-qabıqdan çıxan” adamdan xoşu gəlmir.
• Nə qədər çox uğursuzluqla üzləşsək, uğura daha da yaxın oluruq
Edison münasib variantı tapmaq üçün minlərlə dəfə səhv variant seçib. Yəqin ki, buna uyğun onlarla hekayət eşitmisiniz. Uğur o zaman gəlir ki, biz düzəlməyə, inkişaf etməyə çalışırıq. Düzəlməyi isə yalnız uğursuzluqdan sonra seçirik.
• Ölümdən nə qədər çox qorxuruqsa, həyatdan bir o qədər az zövq alırıq.
Yazıçılardan biri belə yazırdı: “Həyat sənin cəsurluğuna uyğun olaraq genişlənir və sıxılır”.
• Daha çox öyrəndikdə daha az bildiyimizi anlayırıq.
Hər dəfə yeni bir şey öyrəndikdə beynimizə yeni suallar gəlir.
• Başqalarının qayğısına daha az qalmağımız öz qayğımıza etinasız yanaşmaqdır.
Əslində, sanki bu, əksinə olmalı idi. Lakin insanlar ətraf mühitə özlərinə uyğun davranış sərgiləyirlər. Bu, kənardan belə görünməyə bilər. Lakin ətrafa qəddarlıq edən kəs, adət özü ilə də bu cür olur.
• Ünsiyyət üçün daha böyük imkanlarınız olduqda özünüzü daha tənha hiss edirsiniz.
Hal-hazırda ünsiyyət qurmaq üçün daha çox müxtəlif vəsaitlər var, lakin son on ildə aparılan tədqiqatlar bunu göstərir ki, inkişaf etmiş ölkələrdə tənhalıq və depressiyanın dərəcəsi daha yüksəkdir.
Farid Abdullah