Qadin.NET / Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...

Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...

 

Bəzən qəlbdə kədər və boşluq yaranır, ancaq “nə üçün?” sualına cavab vermək olmur. Bu hissi izah etmək çətin olur, ancaq hamıya tanışdır.

 

Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...

 

 

Siz əllərinizi kənara buraxa bilərsiniz. Dözülməz boşluq və yorğunluq hiss edə bilərsiz. Lakin özünüzü saxlamalısınız. Heç olmasa bir nazik sap da olsa, xilas yeri üçün tapıb yapışmalısınız. Ondan bacardığınız qədər möhkəm yapışın və buraxmayın.

Ola bilər ki, siz özünüzü olduqca sınmış hiss edirsiniz və ayağa dura bilmirsiz. Sanki qəlbinizdəki ağrı çoxdur, başınızın içi isə tamamilə qarışıqdır. Sizin bədəniniz düşündüyünüzdən də güclüdür. O, sizin ağrınızı necə sağaldacağını yaxşı bilir.

Siz heç vaxt tamamilə sına bilməzsiniz. Hər gün yenidən başlaya bilərsiz. Hər gün sizin əvvəlki özünüzü qaytarmaq şansınız var. Düzdür ki, bunun üçün vaxt lazımdır. Lakin bu o demək deyil ki, sizə darmadağın olmusunuz. Sadəcə müəyyən qədər özünüzü itirmisiniz.

 

Bu dünyada heç nə stabil deyil. Həyatınızdakı qara xətlər də. İyrənc hisslər mütləq gedəcək, sadəcə bir az səbir etmək lazımdır və çox az qalıb ki, özüünüzü daha yaxşı hiss edəsiniz. Bu baş verdikdə isə hər dəqiqə özünüzü necə güclü olduğunuzu hiss edəcəksiniz. Unutmayın, kədər zəiflik əlaməti deyil.

Dərindən nəfəs alın və siz görəcəksiniz ki, bizim həyatımız sadəcə həyatdır. Səhv etmək normaldır. Heç bir şey alınmadıqda belə, bu, normal hesab edilməlidir. Hətta əgər özünüzü daha pis hiss edir və içiniz ağrıyırsa, bəlkə də bu, tamamilə yeni bir şeyin başlanğıcıdır.

Bu ağrını rədd etməyə çalışmayın. Ona diqqət edin və başa düşəcəksiniz ki, o, sadəcə qonaqdır və sizdə çox qalmağa niyyəti yoxdur. Onu süni şəkildə susdurmağa çalışana qədər, sadəcə bu ağrını qəbul edin.

Sizin xoşunuza gələn kiçik bir şey tapın, azdan başlayaraq hərəkət edin, kiçik addımlar atın. Əgər siz yavaş-yavaş irəli getsəniz, hər şey öz yerini tutacaq. Əgər ehtiyac duyursunuzsa, kömək üçün müraciət edin. Yaxın insanlar sizi sevdikləri üçün sizin xoşbəxt olmağınızı istəyirlər. Özünüzü pis hiss etdikdə dostlarınıza açılın.

 

Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...

 

 

Dərindən nəfəs alın. Siz buradasınız, dirisiniz. Sizin çox sayda yaxşı düşüncələriniz və böyük qəlbiniz var. Çalışın yaxşı şeyləri unutmayasınız.

Sizdə elə bir şey var ki, bu böyük planetdə olan heç kəsdə yoxdur. O da sizin individuallığınızdır, sizin daxili işığınızdır, sizin qəlbiniz və sevginizdir. Siz böyüyür və işıq saçırsınız. Siz tam bir kainatsız və bütün bunlar bir tək insanın içində gözəl şəkildə yerləşdirilmişdir.

 

Farid Abdullah

30 aprel 2019
GO BACK