Qadin.NET / Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir

Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir

 

Çində yaşlı bir qadının iki su səhəngi vardı. Qadın hər gün onları götürər, su arxasınca gedərdi. O, hər ikisini su ilə doldurur, onları çiyin ağacına bərkidir və evə gələrdi. Lakin evə çatdıqda su azalırdı, çünki səhənglərdən birində çat vardı və suyun yarısı evə gələn yolda süzülüb boşalırdı.

Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir

Qüsursuz səhəng özündən razı idi. Çatı olan səhəng isə həmişə öz qüsurundan utanardı. O, yaşlı qadından öz qüsuruna görə utanırdı. Odur ki, bir gün qadına dedi:

– Məni bağışla, sən evə gedərkən, məndən suyun yarısı axıb tökülür. Mən buna bir çarə edə bilmirəm.

Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir

Müdrik qadın səhəngə dedi:

– Bəs sən fikir vermisən ki, yolun sən tərəfdə olan hissəsi gül-çiçəklidir, lakin digər tərəf yox? Sənin köməyinlə hər gün mən onları sulayıram. Bu çiçəklər hər gün mənim əhvalımı xoş edir və evimi bəzəyir. əgər sən olmasaydın, bütün bu gözəllik olmazdı. Bütün bunlar yalnız sənin sayəndədir.

Nəticə: Hətta bizim çatışmayan və zəif cəhətlərimiz, qüsurlarımız belə, faydalı ola bilər.

 

Farid Abdullah

 

26 aprel 2019
GO BACK