Sıxıntı insanın müəllimi olduğunu deyən bir çox fəlsəfə var. Xoşbəxt həyatın çətinlikləri olduğunu qeyd edərlər. Çətinliklər varlığımıza məna verir. Kədər var, onu inkar etmək, onu yox etmir.
Əsla sıxıntı keçirməmiş bir insanın mövcud olduğunu düşünək. Bu insan ancaq xoşbəxt anlar yaşamış olsun. Heç vaxt problemlərlə qarşılaşmamış və istədiklərini əldə etmiş olsun. Belə həyatın nəticəsi nədir? Sıxıntı özü ilə birlikdə çətinlik gətirdiyi kimi, həyati dərsləri də bizə öyrədir. Yaşadığı çətinliklərdən dərs çıxara bilənlər, daha dəyərli ömür keçirirlər.
Çətinliklərin həyatı dərslər verdiyi bir çox fəlsəfi cərəyan mövcuddur.
" Çətinliklər adətən adi insanları möhtəşəm tale yolu üçün hazırlayır" CS Levvis
Bir çox insan asanlıqla əldə edilənləri arzulayırlar. Amma asan olması insan üçün daha faydalı olduğunu göstərmir. Çətinliklərin qaçınılmaz olduğunu unutmayın. Qarşılaşdığınız çətinliklərdən dərs almağa və daha güclü olmağa çalışın.