Həftə boyu işləyən ata bir həftənin yorğunluğundan sonra bazar günü səhər yerindən qalxıb sevinclə qəzeti əlinə aldı və bütün gününü qayğısız keçirəcəyini düşündü.
Elə bunları düşünürdü ki,oğlu gəlib parka nə vaxt gedəcəklərini soruşdu.
Ata söz vermişdi ki,bazar günü oğlunu parka aparacaq,ancaq evdən çölə çıxmaq istəmirdi.Bir bəhanə tapmaq lazım idi.Bu zaman gözü qəzetdəki dünya xəritəsinə sataşdı.Əvvəlcə dünya xəritəsini parçalara ayırdı və oğluna uzatdı:
-Əgər bu xəritəni düzəldə bilsən,səni parka aparacağam.-dedi və öz-özünə düşündü ki,necə də asanlıqla canımı qurtardım.
Ancaq aradan on dəqiqə keçəndən sonra oğlu qaçaraq yanına gəldi və:
-Atacan,xəritəni düzəltdim.İndi parka gedə bilərik.-dedi.
Ata əvvəlcə buna inanmadı,sonra gözü ilə görmək istədi.Görəndə də çox təəccüb etdi və oğlundan soruşdu:
-Sən bunu necə bacardın?
Uşaq bu ibrətamiz cavabı verdi:
-Mənə verdiyin xəritənin arxasında insan şəkli vardı. Insanı düzəltdiyim zaman dünya öz-özünə düzəldi.