Qadin.NET / Qadının öz həyatını idarə etmə bacarığı

Qadının öz həyatını idarə etmə bacarığı

 

Qadın yer üzündə ən dəyərli varlıqdır. Bunu doğulduğu andan yeniyetməliyi, gəncliyi, orta yaşlılığı, üzündə qırışlar yaranan an, hətta yaşlı bir qadın olduğu anda belə hiss etməlidir. Mən, Lətifə Allahverdiyeva, hər zaman özümü belə hiss edirəm və çox sevdiyim feminist bir qadının gözəl bir sözü vardır: Qadın xoşbəxtliyin özüdür .

Qadının öz həyatını idarə etmə bacarığı

 Özünü seçilmiş qadın kimi hiss etməlidir və bu hissi  ailə qurduqda belə saxlayacaq bir həyat yoldaş istər həmişə . Bəzən buna nail olar qadın. Həyat yoldaşı tərəfindən özünü hər zaman dünyanın ən gözəl, ən seçilmiş qadını kimi hiss edən qadınların böyük bir qismi  bəxt, şans anlayışına inanmırlar. Xoşbəxtliyin özlərində olduğunu  düşünərlər. Çox gözəl düşüncə deyilmi? Heç nəyin arxasına sığınmırlar, digər qadınlar kimi falçı, baxıcı yanlarında işləri olmur. Buna ümumiyyətlə inanmırlar. Tək xoşbəxtliyin özləri olduğunu fikirləşirlər. 

Tanıdığım bir xanım çox pis haldadır. Ailə qurduğu insan tərəfindən xəyanətə məruz qalıb. Həyat yoldaşı oğlunun ad gününə belə gəlməyib. Mən bu qadını tanıdığımdan bəri qadının həyatında problemlər var. Üstəlik də pul problemi deyil. Həyat yoldaşı evə gəlmir. Uşaqlarla az-az hallarda görüşür. Bunlar azmış kimi qadın hələ də o insandan nələrsə gözləyir( qadının həyat yoldaşı başqa qadınla birlikdədir, eşitdiyimə görə həyat yoldaşına etmədiyi yaxşılıqları o qadına edir ). Burda günahkar kimdir? Bəli, mən qadınların tərəfindəyəm. Amma qadınlar da səhvlər edir. Burada yəqin ki, hər kəs qadının tərəfini tutacaq. Bunu oxuyan qadınların çoxu öz fikrində kişini “ söyür “, bu qadının da bəxti belə imiş” deyə oxuyub keçəcəklər. Qadınlar bu cür fikirləşdiklərinə görə hansısa bir “ər”in asılılığındadır. Ondan qopa bilmir. Sanki o getdikdə və ya ondan boşandıqda  qadın yaşaya bilməyəcək, həyatı məhv olacaq, uşaqları böyüdə bilməyəcək, ona “ pis qadın” kimi baxacaqlar.

Qadının öz həyatını idarə etmə bacarığı

Qadın ilk öncə bu düşüncələrdən xilas olmalıdır. Bilirsiniz, necə? Qadın boşandıqdan sonra “ əxlaqsız “ biri olmayacaq. Bunu düşünən insan təbii ki olacaq . Amma insan hər zaman başqasının fikirlərini düşünərək yaşasa, o dünyanın ən kompleksli, ən qorxaq, ən cəsarətsizinə dönəcəkdir. “ Qayaların altına baxıb bir şey tapa bilməmək də irəliləyişdir “. Ən öncə öz düşüncələrinizi düzəldin.

Özünü bilən, özünü düşünən, özünü sevən heç bir qadın bu halları özünü yaşamaz və yaşamamalıdır da. Dünyaya bir dəfə gəlirik. Kimdənsə asılı olmaq, buna görə bilə-bilə bu əzabı nəyə görə çəkməlidir, insan.

Qadının öz həyatını idarə etmə bacarığı

Evlənəcəyiniz və ya həyatınızda olan insanı doğru seçin. O sizin sadəcə mənəvi və maddi ehtiyaclarınızı ödəyən biri olmamalıdır. Həm də sizin həyatınızı birləşdiyiniz insandır.

Özünüzü ən gözəl həyata layiq bilin. Çünki siz bunu yarada bilərsiniz.

Özünüz olun xanımlar . Bu dünya lazımsız problemlərə görə bizi üzə bilməməlidir. Biz bunları yaşamamalıyıq. Səbəb nə olursa olsun daima gülümsəyin. Siz gülümsəyin ki dünyamız gözəlləşsin. 

3 fevral 2019
GO BACK