Qadin.NET / Qısqanclığın səbəbləri

Qısqanclığın səbəbləri

 

Qısqanclığın sevgi ilə əlaqəsi yoxdur

Aparılan araşdırmalar göstərir ki, qısqanclığının sevgi ilə əlaqəsi çox azdır. Qısqanclığın içində həm sevgi, həm də nifrət var. Nifrət olan yer tamamilə sevgi ilə əlaqəli ola bilməz. Qısqanclıq sevgi göstəricisi deyil, kölgəsidir.

Psixoloqlar bildirirlər ki, fərd özünü dəyərsiz və çarəsiz hiss etdikdə buna reaksiya olaraq qısqanclıq  yaranır. Həmçinin fərd cəmiyyətdə öyrəndiyi qaydalara görə hərəkət edir. Cəmiyyətin tələblərinə cavab vermədikdə özünü lazımsız hiss edir. Bu zəmində qısqanclıq yaranır.

Qısqanclığın səbəbləri

 

Sədaqət təhdidlə yox sevgi ilə təmin edilər

Münasibətdə xoşbəxtlik bir-birinə anlayış göstərməklə başlayır. Təhdid edərək heç nə əldə etmək olmaz. Qısqanclıq partnyorun ancaq uzaqlaşmasına və sıxılmasına səbəb ola bilər. 

Qısqanclığın səbəbləri

 

Tərk edilmə qorxusu

Tərk edilmə qorxusu da qısqanclığa səbəb olur. Fərd özünə güvənin az olması da qısqanclıq yaradan faktorlar arasındadır. Ondan yaxşısını taparsa, yoldaşının onu tərk edəcəyindən qorxur. Özünə görə bununla mübarizə aparmağa çalışır. Amma etdiyi sadəcə zərər gətirir. Qısqanclığa sevgi donu geyindirmək düzgün deyil.

Qısqanclığın səbəbləri

25 dekabr 2018
GO BACK