Qadin.NET / Xatirələr

Xatirələr


Yaxınlı-uzaqlı,acılı-şirinli xatirələr....


İnsanı həmişə uzaq keçmişlərə aparan,insan xəyalını bir anlıq geriyə doğru qanadlanmağa məcbur edən xatirələr...


Bəli!Bəzən təbiətin tacı olan fərd keçmişə qayıdır,şirin xatirələrin qoynunda sükuta dalır uyuyur.Sanki cənnətəbənzər bu aləmdən ayrılmaq istəmir.Fikirləşir ki,əgər mən bu aləmdən ayrılsam   elə bil hər şeyi itirəcəyəm ,dünyada tək qalacağam.Lakin fikirləşdiyi adamların gözəl siması,qaynar gözləri ,ümidli baxışları,dağ seli kimi coşqun,bahar çiçəyi kimi təravətli,yuxu kimi şirin arzuları ona ümid verir,onu yaşamağa,yaratmağa,yeni-yeni insanlara qoşulub sonsuz ənginliklərə doğru uçmağa ruhlandırır.


Xatirələr...ürək sözlərinin axışıb dəryaça əmələ gətirdiyi yer.


Əzizlərim məlumdur ki,hər birimizin acılı-şirinli xatirələrimiz var..


Mən istəyirəm ki,burda biz bütun iç dünyamızla,öz xatirələrimizlə,tanış olaq.Amma xaiş edirəm tam səmimi olaq...

1 sentyabr 2011
GO BACK