- Ağamiz, kədərlənərək söyləmək məcburiyyətindəyəm, sizi çox böyük bir fəlakət gözləyir. Altı oğlunuzu da itirəcəksiniz və altısının da ölümünə şahid olacaqsınız.
Varlı hindli “fəlakət xəbərçisi” olan bu falçını sarayından qovdurdu. Özünə bir kisə qızıl verilməsini gözləyərkən qovulan falçı deyinərək çölə çıxdı. Varlı hindli adamlarına tapşırdı ki, gələcəyi doğru-dürüst görə bilən başqa bir falçı tapsınlar. Adamları şəhərdə məşhur olan başqa bir falçını tapa bilməyincə, əvvəlki falçıya getdilər, onunla məsləhətləşdilər. O da: "Mən paltarımı dəyişdirərəm, başqa bir falçı kimi sizlərin hüzurunuza gələrəm. Siz də ağanızın qarşısında başqa falçı tapa bilməyən bacarıqsız olmaqdan xilas olarsınız" - dedi.
İki gündən sonra başqa bir falçı görünüşündə yenidən saraya getdi və bu dəfə yeni şəxsiyyətiylə varlı hindlinin qarşısına gətirildi. İlk gəlişində olduğu kimi yenə əvvəl varlı hindlinin ovcuna baxdı, sonra ulduzlara tamaşa elədi, daha sonra da şüşə kürəsinə baxdı. Gördüklərini yenə əvvəlki kimi, amma bu dəfə dəyişik şəkildə söylədi:
- Ağamiz,Tanrının nemətləri üzərinizdən heç vaxt əskik olmayacaq. Sizin altı oğlunuz var, amma siz onların hamısından daha çox yaşayacaqsınız, onların hamısından uzunömürlü olacaqsınız. Nə qədər taleli atasınız ki, övladlarınızın heç biri atalarının ölümünü görməyəcək, heç biri həyatında ata ağrısı bilməyəcək...
Falçının gələcəyi belə görməsindən xoşbəxt olan varlı hindli adamlarına əmr etdi ki, falçıya min qızıl versinlər.