Qadin.NET / Can belə fəda edilər

Can belə fəda edilər

Can belə fəda edilər

Bir  həkimin   dilindən:

“ İllər  əvvəl  xəstəxanada  çalışarkən , ağır  xəstə  bir  qız  gətirdilər. Tək   həyat  şansı  5 yaşındakı  qardaşından  təcili  qan köçürmək  idi.

Uşağın  anlayacağı  bir  dillə  vəziyyəti  anlatdım  və  bacısına  qan  verib-verməyəcəyini  soruşdum.Bir  az  susdu,düşündü. Sonra  dərin  bir  nəfəs  aldı  və  “Əgər  bacım  bu  xəstəlikdən qurtulacaqsa  sevə-sevə  verərəm  qanımı , həkim  əmi” dedi.

Qanvermə  zamanı  bacısının  gözlərinin  içinə  baxır  və  gülümsüyürdü. Qızın  yanaqlarına  yenidən  rəng  gəlməyə  başlamışdı , amma  kicik  uşağın  üzü də  getdikcə  solur,gülümsəməsi  də  getdikcə  yox  olurdu. Çəkinə-çəkinə  titrəyən  bir  səslə  soruşdu:

 “Həkim  əmi, bacım  yataqdan  qalxmadan,indimi  öləcəm  mən ?

Məyər  kiçik  bala, qanverincə  bacısının  yaşayacağını , özünün  də  öləcəyini  zənn  edibmiş.

 

26 avqust 2011
GO BACK