"Hay dig", "Hu ga" və ya "Hay di" kimi tələffüz olunan Hyggle sözlərinin tərcüməsi rahatlıq və səmimiyyətdir. Bəsit və sadə yaşamağı qarşısına qoyan həyat tərzi, ümumi olaraq danimarkalıları öz təsiri altına almış vəziyyətdədir. Gəlin Hygge fəlsəfəsini birlikdə öyrənək:
Hygge fəlsəfəsinin təməlində sadəlik və təbiilik gəlir. Bu fəlsəfəyə görə insan həyatının hər sahəsində bu sadəliyi əks etdirməlidir. Geyim tərziniz və ev əşyalarınızda bu sadəliyə daxildir.
Huygge fəlsəfəsini əməl etmək üçün, sadəcə əşyalarınızı dəyişdirmək kifayət etmir. Eyni zamanda yemək nizamınızı da dəyişdirməyiniz lazımdır. Hər zaman sağlam qidanlanmağa diqqət göstərməli və təbii qidalara üstünlük verməlisiniz.
Bu fəlsəfənin ən əhəmiyyətli şərtlərindən biri də anı yaşamaqdır. Hygge görə insan nə keçmişdə, nə də gələcəkdə çox yaşanmamalıdır. Anın gözəlliklərinin fərqinə varın. Az insan, amma çox xoşbəxtlik də Hygge fəlsəfəsinin təməlidir. Bu yaşam fəlsəfəsi çox insanla bərabər olmaq yerinə əls dostlarla vaxt keçirməyin ən gözəl xoşbəxtlik olduğuna inanır.