Qış çağlarında ilk dəfə ana olan iki gənc qadın aralarında danişirlar. Saatlarla sürən yorğunluqdan sonra biri, sevinclə "Çətin qismi bitdi!" deyir. Ondan yaşca böyük həkimi, gülərək "Xeyr!" deyə cavab verir: "Hələ yeni başlayır."
Zəmanəmizə nəzər yetirsək,yeni nəsil ata,analara çox böyük vəzifələr düşür.Belə ki,indiki vaxtda, uşaqların məktəb müvəffəqiyyətləri, göz ardı edilməyəcək qədər əhəmiyyət daşıyır.Keçmiş dövrlərə baxanda iş,karyera qurulması çətinləşmiş,uşaqların da dərslərə olan maraqları azalmışdır.Biz valideynlər bilməliyik ki,təhsil yalniz məktəbdə deyil,həm də evdə olur.
Kitab mağazalarına,satiş yerlərinə baxsaq,görərik ki,"çox satılanlar"qrupunda ancaq siyasət,dedi-qodu,əyləncə və s. tipli kitablardır.Təəssüf ki, insanlar, öz uşaqlarının təmiz ürəyindən çox, başqalarının çirkli üzləriylə maraqlanmaqdadırlar. Heç görmüsüz hansısa bahalı telefonlarla ata analrın uşaqlarına necə tərbiyə edəcəklərinə dair reklam versinlər?Dövlətlər, ictimai təşkilatlar və ana atalar, bu mövzunu lazım olduğu qədər ciddi qəbul etməməkdədir. Əslində isə ana atalıq da bir peşədir,sənətdir.Yeni nəsil gənclər ata analıq sənətinə hələ ailə qurmadan əvvəl yiyələnməyi öyrənməlidirlər.
Müzakirə üçün sualımız:
Saytımızın istifadəçiləri,uşaqların inkişafı,təhsili,təlim-tərbiyəsi haqqında hansı kitabları oxumusunuz və ya oxuyursunuz?
P.S.Müzakirə sualı sadəcə valideynlərə deyil,həm də gələcəkdə ana ata olacaq kəslərə,bacılara,qardaşlara da aid edilir.
Cox yaxşı olar ki,oxuduğunuz kitabın şəklini də şərhlərdə göstərəsiniz.Bu üsulla həmin kitabla tanışlığı olmayan istifadəçilərimiz faydalanarlar.