Özünüzdən şübhə etməyin
Özünüzlə bağlı tənqidlərə davam etməyinizdə bir problem yoxdur, hətta bu inkişafınıza kömək olacaqdır. Ancaq, bir çox şeyi bacaracağınıza şübhə ilə baxsanız, özünüzə inamınız qalmaz.
Səhv insanlarla birlikdə olduğunuzu etiraf edin
Sizə uyğun gəlməyən insanların davranışlarını və xarekterini görsəniz də, xoşunuza gələn bir neçə xüsusiyyətinə görə " möhtəşəm insan" kateqoriyasına qoyduğunuz şəxs sizin üçün doğru seçim deyil. Hətta fərqində olmadan xoşbəxtliyinizi və motivasiyanızı sizdən oğurlayır. Qərarı verən insan sizsiniz. Tək qalmamaq üçün xoşbəxt olmadığınız həyata davam etməyi, ya da doğru insanı tapmağı seçəcəksiniz?
Keçmişinizlə yaşamayın
Həyat belədir, hər kəsin başına minlərlə qəribə və ya pis hadisə gələ bilər. Sizin də ola bilər. Yenə də eşq ağrıları, uğursuzluqlar və keçmişdə sizi utandıran bütün vəziyyətlər keçmişdədir. İndi etməyiniz lazım olan tək şey, bunların sizə nə öyrətdiyini yaxşı qavramaqdır və o məlumatla yola davam etməkdir.
Başqalarının haqqınızda nə düşündüyünə, nə dediyinə əhəmiyyət verməyin
Dünyanın ən mükəmməl insanı belə olsanız, soruşarlar: "Kimə görə, nəyə görə?" Davranış və qərarlarınızla hamını razı salmağınız mümkün deyil. Buna görə, atacağınız addımları sadəcə öz hisslərinizə görə atmalısınız. Əgər bir şeyi etmək sizi xoşbəxt edəcəksə, başqalarına görə geri addım atmayın.
Narahat olmaqdan əl çəkin
İşinizi sevmir, ya da həyatınızın eşqini hələ tapmamış ola bilərsiniz. Həyatda bu vəziyyətlər üçün proqram yoxdur. Həm də siz narahat olduqca istəyiniz onsuz da olmayacaq. Xoşbəxt olmağınız lazım olan zamanlarda narahatlığa davam etsəniz, öz əllərinizlə xoşbəxtliyinizə qarşı çımış olacaqsınız. Olmamış bir şey üçün narahat olmaqdan əl çəkməsəniz, gözünüzün önündəki mükəmməl şeyləri də qaçıra bilərsiniz.