Artıq beş gündür ki,müqəddəs bir həyəcan yaşayırıq.Ramazanın gəlişini.qəlbimiz,fikirlərimiz ramazan sevinci ilə məşğulkən gəlin bu sevinci hamımızla bölüşək.
Bu barədə hər birimiz müəyyən biliyə sahibik,nəyə görə bildiklərimizi paylaşmayaq?hər birimizin ramazanla bağlı fərqli xatirəsi,təəssüratı var nəyə görə bunları bölüşməyək?
Məsələn sən,hörmətli xanım,
İmsakda nə yemisən?
Hansı duanı oxumusan?bəs iftar?ümumiyyətlə ramazanda qidalanma ilə bağlı nə bilirsən?
Nə yemək olar nə olmaz?
Dan yeri ağarmadan qalxarkən sübhün səndə oyatdığı sehirli hissiyatı bizə danış
Oruclu günün necə başladı?
Günün sonunda qürürlu hissini bizimlə paylaş.
Hansı çətinliklərə necə sinə gəlirsən?
İradəni necə möhkələndirirsən?
”Birdən sona qədər dayana bilmərəm”qorxusunu necə yenirsən?
Səncə yalnız sənin bildiklərin nədir?
Bu ayda kimlərə necə təbliğat aparırsan?
Ramazanın ruhumuzu təmizləməsi,iradəmizi möhkəmləndirməsi,yaddaşımızı gücləndirməsi,nəfsimizi boğması haqqında nə düşünürsən?
Fikirlərini bizlərdən saxlamayın.
Öz gəlişi ilə biz müsəlmanları bir-birimizə daha da bağlayan bu ayı birlikdə,şərəflə,sağlıqla başa vurmağı təklif edirəm.
Xanımlar,xəbər ramazan bayramına qədər ana səhifədə qalacaq
”Qadın.Net”in xanımları hər zaman həmrəylik göstərmişdir,gəlin bu müqəddəs ayda da həmrəy olaq.Bildiklərimizi,bilməyənlərə öyrədək,30 gün ərzində təəssuratlarımızı müsəlman bacı və qardaşlarımızla bölüşək,hisslərimizi dilə gətirək.Qidalarımızdan tutmuş dualarımıza qədər.Qaynar bir otağa dönsün bu müzakirəmiz.
Ortada ramazan varsa,əqidəli xanımlarımız varsa məncə danışmağa sözümüz də çox olar yetər ki,fikirlərimizi bir-birimizə çatdırmaqda xəsislik etməyək.
Ramazanı birlikdə yaşayaq!
Nə deyirsiz, xanımlar?