Qadin.NET / Böyüklərə hörmət qalıbmı?

Böyüklərə hörmət qalıbmı?


 

Böyüklərə hörmət qalıbmı?

 

Bilmirəm mənimlə razılaşacaqsınız, ya yox?!
Adi iş günlərimdən biri idi. İşdən evə gəlirdim. Təxminən saat 18.00 olardı. "İçərişəhər" dayanacağından bir avtobusa mindim. Dolu idi. Bir az keçmədi eşitdim ki, 50-60 yaşlarında bir qadın və 20-22 yaşlarında  bir qız mübahisə edirlər. Düzü, məsələni hələ tam başa düşməmişdim. Sonra məlum oldu k,i cavan qız əyləşib, yaşlı xanım isə ayaq üstədi. Cavan qız xanıma deyib ki, "Verin əlinizdəki çantanı tutum". Xanım da bundan əsəbləşib. Başladı, nə başladı: "Sən utanmırsan, mən anan yaşındayam. Durub mənə yer vermədiyin bəs deyil, hələ çantamı tutmağı təklif edirsən". Və beləliklə, onlar sözləşməyə başladılar.
Qadın qıza dedi: "Yazıqdır sən düşən ev, səni kim alacaq?" Qız da qayıtdı ki, "Siz mənə görə narahat olmayın, mən artıq nişanlıyam". Avtobusdakıların bəzisi deyirdi qız səhvdi, bəzilərisə deyirdi ki, xanım belə sözlər deməməliydi.
Deyə bilmərəm kim doğrudu, kim yalan. Bunu siz söyləyin. Həqiqətənmi böyüklərə hörmət qalmayıb?! 

 Əvvəla, avtobusa mindiyin zaman görürsən ki, cavan oğlanlar və qızlar oturub, amma hamilələr ayaq üstdədi. Yaxud da ki, qocalar və qadınlar ayaq üstdədi.
Mən şəxsən özümdən deyim ki, bir gün avtobusla gedirdim. Əl çantamdan başqa əlimdə başqa bir çanta da var idi. Elə oldu ki, durduğum yer cavan bir oğlanın oturacağının böyrü idi. O oturmuşdu, mən də onun başının üstündə dayanmışdım.Və mənə dedi ki, "xanım, verin çantanızı saxlayım".

Sizcə, bu nə dərəcədə doğrudur?! Fikirlərinizi bilmək istərdim, əziz xanımlarımız!

25 iyul 2011
GO BACK