Hər gün, etmək istədiyiniz və ya edəcəyiniz bir çox şey söyləyirik.
"Bir pişiyim olsun istəyirəm."
"Anamla atam üçün bir ev almaq istəyirəm."
"Artıq bekar olmaq istəmirəm."
"Nə olursa olsun səni həmişə sevəcəm."
"Gələcəkdə daha çox sevəcəm."
"Səni əsla buraxmayacam."
"Bu işdən ayrılacağam."
"Bazar ertəsi pəhrizə başlayıram."
Bu nümumələrdən bir neçə səhifə yazmaq mümkündür. Gələcək üçün plan qurmaq çox asandır. Düşünün ki, yeni ilə girərkən hər kəs planlar qurur, ancaq araşdırmalar bu planların yüzdə 80-nin fevral ayının ikinci həftəsininə qədər dayana bildiyini göstərirlər. Ən yaxşı planlarımız və ya ən çox bəhs etdiyimiz planlar ümumilikdə həyata keçmədən tarix olur.
Heç kim yalan danışmaq üçün plan qurmaz
İnsan ümumilikdə bu cür planlar qurmaq yaxşı niyətlidir. Uğursuz olmağı kimsə istəməz. Hamı özünü inkişaf etdirmək, ətrafındakıları xoşbəxt etmək istər. Bu plan həyata keçmədiyində, verilən bir qərar hüsranla nəticələndiyində, buna "yalan" demək haqsızlıq olar. Əslində bunu belə cavablamaq daha doğru olar. İnsanlar çoxu zaman düşünmədən danışır. Ağıllarına gələn şeyi, düşünmədən söyləyərlər. Ağla gələn bu düşüncələr isə ümumilikdə üzərinə düşülmüş planlardan çox gələcəyə dair yaxşı niyətlərdən ibarətdir.
İstəklərinizi özünüzə saxlayın
Gələcəkdə və ya ətrafınızla bağlı nə istədiyiniz mövzusunda dəqiq danışmaq çox əhəmiyyətlidir. Ətrafınızdakı insanlara bir şeyi istədiklərini və ya istəmədiklərini söyləyərkən diqqət edin. Məsələn, uşaqlar istədiklərini səsli deməkdən çəkinmirlər. Çünki bu istəklərini əldə edəcəklərinə inanınrlar. Gənclərdə eyni uşaqlar kimi necə çata biləcəklərinə dair sağlam bir plan qurmadan istədiklərini asanlıqla dilə gətirirlər. Öz ehtiyaclarını qarşılaya biləcək dərəcəyə sahibsiniz, keçmişdəki səhvlərinizdən dərslər çıxartmısınızsa, artıq istəklərinizi əldə etmək üçün necə bir plan izləyəcəyə bilərsiniz.
İstədiklərinizə çatmaq üçün necə plan qurmalı?
İstəklərinizə çatmaq üçün plan qurmazdan əvvəl, hədəflərinizi gözünüzdə canlandırın. Məsələn, bir pişiyiniz olmasını istəyirsinizsə, bir pişik sahiblənmədən əvvəl ona necə baxmağınız lazım olduğunu, nə cür ehtiyacları olduğunu, sizin bunları necə qarşılaya biləcəyinizi düşünün. Bir pişiyiniz varsa onun ehtiyaclarını almağınız, onunla vaxt keçirməyiniz, lazım olduğu qədər məşq etdiyinə əmin olmalısınız. Avtomobil almaq istəyirsiniz? Əvvəlcə bunun üçün nə qədər pula ehtiyacınız olduğunu hesablayın. Sonra da avtomobiliniz olduğunuda qarşınıza çıxacaq gündəlik xərcləri hesablayın.