Ey azadlıq, səni sevirəm. Sənə möhtac, sənə aşiqəm. Sənsiz həyat çətindir. Sənsiz mən də yoxam. Varam, amma, mənasız, çaşqın, səfil, ümidsiz, qəlbsiz, işıqsız, dadsız, amalsız, intizarsız, yarasız, yəni, bir heç olacam!
Ey azadlıq, qanadı qırıq gözəl quşcuğazım! Kaş səni vəhşət gözəltçilərindən, gecə, qaranlıq və soyuq meydana gətirənlərdən, divarları, sərhədləri, qalaları, zidanları quranlardan qurtara bilsə idim. Kaş qəfəsini qırıb, səni sabahın təmiz, buludsuz və tozsuz havasında uçurda bilsəydim. Fəqət mənim də əllərimi qırıb, dilimi kəsib, ayaqlarıma zəncir vurub və gözlərimi bağlayıblr. Yoxsa səni mənimləmi qatışdırıb birləşdiriblər? Səni mənimlə eyni qəlibəmi töküblər? Səni dərinliyimdə ən səmii və ən həqiqi mənliyimdə tapıram. Hiss edirəm, sənin dadını hər an özümdə dadıram. Qoxunu daim öz tənhalıq fəzamda qoxulayıram. Çölün yay gecələrində, göyün kiçik ulduzunun könlündə mələklərinki tək qanadların sürtüşməsi ilə əmələ gələn, qəlb oynadan zəng sədası kimi səs çıxaran avazını hər zaman eşidirəm. Hər səhər xəyalımın mərhəmətli və əziz barmaqları ilə əlimdə canlı və illi saçlarını astaca və sevgi ilə darayıram. Günün hamıısını səninlə keçirdirəm, addımbaaddım, kölgə kimi səninlə birlikdəyəm. Səni heç vaxt tək qoymuram.
Ey azadlıq, sənin üçün neçə-neçə cəzalar çəkmişəm, neçə-neçə cəzalara da dözəcəm. Yenə də sənin üçün neçə-neçə əzablara dözmüşəm və neçə-neçə əzablara dözəcəm. Fəqət özümü heç vaxt istibdada satmayacam. Mən azadlıqla tərbiyə almış və bəslənmişəm. Ustadım Əlidir. Əli qorxusuz, qüsursuz və səbir dolu insandır. Hər nə edirsə, etsinlər, qətiyyən sənin havadan başqası ilə nəfəs almyacam. Amma mənim səni tanımağa ehtiyacım var...
Əli Şəriəti