Qadin.NET / Dayanacaq

Dayanacaq

 

Dayanacaq

 

Adi bir günü adiləşdirmək üçün eynilə hər gün etdiyim adi hərəkət kimi bu gün də dayanacaqda dayandım və hiss etdim ki, hərəkətlərim adi olsa da düşüncəm adi deyildi .Çünki  bir anlıq dayanacaq, avtobus, maşınlar diqqətimi cəlb etdi və aslı olmadan onların həyatımda obrazlarını yaratdım

Beləki :

Dayanacaq-mənim həyatım kimi idi...

Maşınlar-həyatımdan gəlib keçən məqamlar,anlar, anılar kimi,..

"Dayanacaqdakı adamlar"-həyatımda mövcud olan insanlar, varlığı ilə qürur duyduğum və eynilə varlığını sadəcə olaraq qəbul etmək məcburiyyətində olduğum insanlar kimi idi.

Dayanacaqda durmaq səbəbim gözlədiyim avtobusun gəlməsi idi.

Avtobusun məni götürəcəyi yer isə-"Xoşbəxtlik ünvanı" idi.

"Maşınlar"gəlib gedir ,elə maşınlar da olurki diqqətimi cəlb edir,düşünməyə vadar edir,görünüşü haqqında,yanımdan keçmə surəti haqqında və s.

"Dayanacaqdakılar"isə mənə təsir edir,duruşları ilə,altında sirli ifadələr gizlənən baxışları ilə..Onların gözlədikləri avtobus gəlir,gözlədikləri ünvana çatmaq istəyi ilə yol alsalar da görmək istədikləri ünvana çata bilirlərmi,yalnız özləri və o Rəbbim bilir.Amma sərnişin dolu bir avtobusun yolda qalması,xoşagəlməz hadisə ilə üzləşməsi heç də təsadüfi hal deyil...

Dayanacağın forması,dayanacaqdakılar,gəlib keçən maşınlar,bütün bunlar mənim diqqətimi cəlb etsələr də bu bir anlıq idi, çünki mənim dayanacaqda dayanmağımın məqsədi var idi...

Məqsədimə çatmaq üçün gözlədim..gözlədim.. və yenə də gözlədim

Nəhayət ki, hələ lap uzaqdan gözlədiyim avtobusun gəlişini hiss etdim diqqətimi yönəldərək o avtobusun gözlədiyim avtobus olub olmadığını müəyyənləşdirməyə çalışdım..Hə o idi....

Artıq içimdə istədiyim ünvana getmək və başqa yeni bir "dayanacağa" düşmək ümidini oyadırdım ki....avtobus yaxınlaşdı vəəəəə.......

.. "Dayanmadan yoluna davam etdi:(("

Özlüyümdə avtobusun dayanmamasının 2 səbəbini yəqin etdim:

1 -cisi Məni görmədi.

2 -cisi Yol aldığı ünvana getmək üçün yetərincə sərnişin olduğundan mənə yer yox idi)

Bu arada düşdüyüm bu vəziyyətdə dayanacaqdakıların mənə yönələn fərqli nəzərlərinin hər birinin bir məna ifadə etdiyinin fərqinə vardım...beləki kimisi düşdüyüm vəziyyətə güldü,kimisi təsəlli baxışlarını yönəltdi,kimisinin də vəziyyətə təsirsiz nəzərləri diqqətimdən yayınmadı...

Amma avtobusun dayanmamasından 2 müsbət nəticə də əldə etdim:

1.Ətrafımdakıların mənim düşdüyüm vəziyyətə münasibətini aşkar edərək onların həyatımdakı adlarını bir daha gözdən keçirdim.

2.Bəlkə də yeni və fərqli səmtə yönələn avtobusun gəlməyini vəziyyətimə təsəlli etdim.

Kaş hər kəsin avtobusu onu gözlədiyi yox,yol aldıqdan sonra gözləmədiyindən daha da gözəl ünvana yetirə bilərdi...

14 iyul 2011
GO BACK