"Gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər məhtü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…"
(Hop-Hop Namə-dən)
Bu günkü mövzumuz mənəvi-məişət mövzusundadır.
Bilirik ki,tarix boyu Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma ən çox müzakirə olunan mövzular sırasındadır.Zaman keçsə də,dövran dəyişsə də,bu münasibətlər dəyişmir ki,dəyişmir
Mən də bu gün mövzuya bir qədər fərqli tərəfdən baxaq dedim.
Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmiş "Qaynana" filmini tanımayan,bilməyən yəqin ki,yoxdur.Hətta saytımızda hörmətli webmasterimiz tam filmi yerləşdirmişdir.
Ayazın anası Cənnətin iki gəlini ilə münasibəti əsas göstərilmişdir.
Məhz söhbətimiz bu iki gəlinin nümünəsi əsasında olacaq.
Müzakirə sualımız belədir:
"Qaynana" filmində Sevda və Afət rollarını nümunə götürsək,bir gəlin kimi Sevdasınız,yoxsa Afət?