Hər bir insanın bu dünyada ən böyük arzusu xoşbəxt bir ailə və evlad sahibi olmaqdır Ancaq bəzən Allah-təala bəlkə də bizə daha böyük mükafatlar bəxş etmək üçün müxtəlif sınaqlar qarşısında qoyur...
Təsəvvür edin ki, imanlı, ləyaqətli bir insanla ailə qurmusunuz. İllər keçir, amma sizdən qaynaqlanan problemlə əlaqədar evlad sahibi olmanız mümkün deyil. Həyat yoldaşınız nə qədər biruzə verməsə də, hərdən onun uşaqlara olan həsrətli baxışlarını yaxalayırsınız...Və bu sizi vicdan əzabı çəkməyə vadar edərək gecələr yatmağa qoymur.Hələ bir tərəfdən nəvə görmək həsrətilə yanan onun ata-anası...Ailənin təməli istər-istəməz sarsılır.Bu zaman seçim qarşısında qalırsınız... Ya ayrılıb ata evinə dönməli, ya da ərinizin 2-ci qadınla evlənməsinə dözməli... Ya qohumların,tanışların,qonşuların bəzən təəssüflü, bəzən isə çoxmənalı baxışlarına dözməlisən,ya da bir evin x a n ı m ı , bir kişinin q a d ı n ı olmaqda davam edib, qadınlığını yaşamalısan... İmanını kamilləşdirib, nəfsinə qalib gəlib vəziyyətlə barışmalısan ki, pəncərədən həsrətlə əl-ələ gəzən xoşbəxtlərə baxıb özünü "bədbəxt " olmaqdan qurtarasan.. Allahın hökmünə boyun əyib sevdiyin insanı halal haqqından məhrum etməyəsən. Ağlının qəbul etdiyini qəlbinlə də qəbul edəsən...Əlbəttə, bunlar söylənilməsi asan, həzm edilməsi çox çətin olan şeylərdir.Amma yenə də sizin emosiyalarla deyil, düşünərək, bir anlıq da olsa o vəziyyətdə təsəvvür edərək cavab vermənizi istərdim.
Siz hansı yolu seçərdiniz?