Qadin.NET / Kişi qadın dostluğu

Kişi qadın dostluğu

 

Kişi qadın dostluğu

 

Bu həyatda hər zaman özümüzə aid sirlərimizi bölüşdüyümüz,ən çox vaxt keçirdiyimiz kəslər dostlarımızdı...Bir kişi ilə qadının dostluğu haqda hərənin öz fikri var.

 Kişi ilə qadın dostluğu çox gözəl bir şeydi.Qızla oğlan sevgili olanda tam başqadır.Sevgili sizi gün ərzində mütləq axtarmalı,sizi xoşbəxt etməli,sizin üçün darıxmalı,sizə vaxt ayırmalı və daima sizi düşünməlidir.

Ancaq dostlarımızdan tək gözlədiyimiz yanımızda olmalarıdır.Onları heç vaxt hər şey üçün məcbur etmirik.Sevdikləri  qədər  sevərlər.Hər anlaşılmazlıqlar böyük mübahisələrə dönməz,çünki dostu belə qəbul etmişik.

Əslində dostluğun evliliklə bitməsi vacib deyil.Çox yaxşı dost olduqları halda başqa fikrə düşən insanlar bunun səbəbini çox yaxşı dost olmalarına bağlayır.Çünki dost olmaq sonuna qədər açıq olmaqdır,halbuki əlaqələrdə sirli bir tərəf qalmalıdır.Mütləq sirr bizi qarşımızdakı insana çəkən ,onu kəşf edən arzusu saxlayan bir faktordur.Ən yaxşı qadın və kişi dostluğu olanlar düşünür ki, ”Dostluqdan evliliyə bir addım vardır” deyənlər bəlkə də heç vaxt əsl dostluqla rastlaşmayıb.Siz necə əziz oxucularımız,qızla oğlanın dostluğuna inanirsınızmı???

16 iyul 2011
GO BACK