Qadin.NET / Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!

Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!

 

Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!

 

İlk mövzumu  kosmetikaya aid etmək istəyirəm.Kosmetikadan istifadə etməyən varmı?Bu mövzunu yazmaqda digər məqsədim ailənin dağılmasına səbəb olacaq mövzu olmasıdır! Bir ailənin mövzumdakı səbəblərə görə,qadının öz vəzifəsini yerinə yetirməməsi səbəbindən və qısqanclıqdan dağıldığını eşitmişəm!

   Mənim fikrimcə digər xalqların xanımları ilə müqayisədə Azərbaycan xanımları daha gözəldir!Gözəl olmayan qadın yoxdur amma elə qadınlar var ki, tənbəllik edib özlərinə fikir vermirlər.Axsam yoldaşı evə gəlir və penjamalı ya da bir həftədir eyni xalatı geymiş xanımını görür! Harasa gedəndə isə həmin qadınlar elə bəzənirlər ki, sanki toya gedirlər! Bu davamlı olunca kişilər evdən soyuyur,son anda görürük ki, yoldaşımız daha gec-gec evə gəlir, bizə vaxt ayırmır,nazımızı çəkmir,ya  televizorla başın qatır,ya da yatır.Sizcə bu kişilərə qarşı haqsızlıq deyil?Öz vəzifəmizi,qadınlıq borcumuzu yerinə yetirməyə  nə mane olur?Uşaq?Ev işləri?Bunlar bəhanə ola bilməz!Sizcə yoldaşımız gələnə qədər ona yarım saat vaxt ayırmağa dəyməzmi?Onun üçün bəzənmək bu qədər çətindir?Halbuki nişanlılıq dövründə görüşə getmədən öncə saatlarla güzgünün qarşısında oturardıq ki, onun xoşuna gələk!

   Burdakı bütün xanımlardan fikir öyrənmək istərdim!Günün neçə saatını yoldaşlarına sərf edirlər və ona gözəl görünmək üçün nə edirlər?Gözəl görünmək üçün kosmetikaya müraciət edirlərmi?  Hansı kosmetika firmalarının məhsullarından istifadə edirsiniz?Söhbət hər növ kosmetikadan gedir.Məsləhətli məhsullar hansılardır?Kosmetika çantanızda nə daha çoxdur?Dərinizə qulluq üçün kosmetik vasitələrə müraciət edirsiniz ya maskalara önəm verirsiniz?Kosmetikanın brend olması sizin üçün önəmlidir yoxsa təki üzə çəkməyə bir şey olsun? smile Buyurun hansı firmanın, hansı məhsulundan istifadə edirsiniz və razısınız ya yox?

  Mən hicablı xanımam, amma yoldaşım üçün evdə hər cür geyinməyi, bəzənməyi sevirəm!Və düşünürəm ki, bütün xanımlar bunu etməlidir.Qadın həm evinin qulluqçusu,həm xanımı həm də əri üçün seksuallığını qorumalıdır.Hamıya uğurlar!Yoldaşlarımızı kimsəyə verməməliyik.

5 iyul 2011
GO BACK