Qadin.NET / Uşaqlara aid deyimlər

Uşaqlara aid deyimlər

Uşaqlara aid deyimlər

Övladlarınız arasında oğlanla qıza fərq qoymayın;fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım...(Həzrəti Muhəmməd s.ə.s)

Namaz qılmaq istəyərkən onu uzatmaq istəyirəm:lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü çox yaxşı bilirəm..(Həzrəti Muhəmməd)

Övlad qoxusu cənnət qoxusudur..(Həzrəti Muhəmməd)

Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin..(Həzrəti Əli əleyhissalam)

Döyməklə uşağı yalnız korlamaq olar..(Aristotel)

Uşaqların gələcəyi aldıqları tərbiyədən aslıdır..(İohann Volfqanq Höte)

Uşaqlarına susmağı öyrət, danışmağı onların özləri də öyrənə bilərlər..(Bencamin .Franklin)

Biz əvvəlcə öz uşaqlarımızı öyrədirik,sonar isə onlardan öyrənirik..(Yan Raynis)

Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur..(Viktor Mari Hüqo)

Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər..(Anatol Frans)

Uşaq xəyallarının,arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və İlahi əmanətdir..(“Fyüzat” jurnalından)

İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir.. Ağıllı övladın nəslə ehtiyacı yoxdur..(Naxələf övlad isə nəslin adını batırır..(Abbasqulu ağa Bakıxanov)

Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər..(Üzeyir Hacıbəyli)

Evin yaraşığı uşaq, süfrənin yaraşığı isə qonaqdır..(Azərbaycan atalar sözü)

Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər..(Pifaqor)

Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz..(Jan Jak Russo)

Əgər qırx yaşına qədər insanın mənzilini uşaq səsləri başına götürmürsə, oraya kabuslar və dəhşətlər təşrif gətirir..(Şarl Ogüsten Sent-Böv)

Uşağa gözəl ad qoymaq lazımdır ki, bütün ömrü boyu xəcalət çəkməsin..(Nəsirəddin Tusi)

Dərsini həvəssiz oxuyan uşaq qanadsız quş kimidir..(Sədi Şirazi)

Yaxşı nümunə uşaq üçün ən yaxşı tərbiyədir..(Lev Nikoloyeviç Tolstoy)

Ata-ananın övlada məhəbbəti təbii, övladın ata-anaya məhəbbəti isə iradidir..(Nəsirəddin Tusi)

Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır..(Səməd Vurğun)

Uşağın göz yaşını silməyən onunla birgə ağlar..(Afrika atalar sözü)

Pis övlad altıncı barmaq kimidir-kəsərsən,ağrıyar,kəsməzsən, eybəcər göstərər..(Azərbaycan atalar sözü)

Övlad könül meyvəsidir..(Azərbaycan atalar sözü)

Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir..(Çin atalar sözü)

Uşaqlar yoxsulların sərvətidir..(Tomas Fuller)

Uşaqlıq məntiqin yuxuda olmasıdır..(Jan Jak Russo)

Uşağına dilini saxlamağı öyrət.Bax gör danışmağı necə də tez öyrənir..(Bencamin Franklin)

Uşaqlıq dünyanın ən böyük səadətidir..(Fyodor Mixayloviç Dosteyevski )

Uşaqlar bərkiməmiş beton kimidir: üzərinə nə düşərsə iz qoyar..(Naməlum)
2 iyul 2011
GO BACK