Qısa və ya uzun davam edən evliliklərin hamısında mübahisələr ola bilər. Bu mübahisələr bəzən adi bir səbəbdən, bəzən də ciddi ailəvi problemlərdən yaranır. Evliliyi təməlindən sarsacaq problemlər üçün peşəkar yardım almaq lazımdır. Ancaq, kiçik mübahisələri böyütmədən də həll etmək olar. Sizin də evinizdə yaşanan problemləri və həll etmə yollarını araşdırdıq.
Plan qurmaq
Çütlüklər arasında ən çox görönən mübahisə səbəbi birtərəfli plan qurmaqdır. Tərəflər bir-birilərinin fikrini soruşmadan işlər görüllər. Qadınlar evdən kənarda vaxt keçirmək istərkən, kişilər isə dostları ilə futbol izləməyin xəyalını qururlar. Mütəxəssislər belə vəziyyətlə qarşılaşan çütlüklərdə ünsiyyət taktikasını tətbiq etməyi məsləhət görürlər. Bu davranışın, qarşı tərəfin özünü necə hiss etdiyini bildirməsi, mübahisə böyümədən atılacaq ilk addım olaraq görülür. Bir tərəfli qurulan planlar çütlüklərin bir-birinə qarşı hörmətin olmadığı hissini yaradır.
Evə gec gəlmək
Həyat yoldaşlarının evə gec gəlməsi təkrarlanırsa, müzakirə qaçılmazdır. Hər müzakirə, evə gec gələn tərəfin olduğu yerdə narahat olmasını, buna görə də evdən uzaqlaşmağına səbəb olur. Bunun həll yolu da yoldaşınıza sakit və sevgi dolu bir yanaşma tapmaqdır. Qarşılıqı empatiya ilə problemlərinizi həll edə bilərsiniz.
Təmizlik
Əgər bir tərəf nizamli və təmiz, digər tərəf isə həddindən artıq dağınıqdırsa, evdə vəziyyət bir az çətin ola bilər. Lakin yenə də müzakirəyə dəyməyəcək bir vəziyyətdir. Son dərəcə dağınıq olan yoldaşınıza, özünün valideyini kimi davranmaq istəmədiyinizi, ev işlərinə çatdıra bilmədiyinizdən ona ayrıca vaxt ayırmadığınızı, bu vəziyyəti hörmətsizlik kimi qəbul etdiyini bilin. Nizamlama müddətində bir az zaman əldə edə biləcəyinizi unutmayın. Çünki vərdişlər asanlıqla dəyişmir.
Ailə zamanı
Kimin ailəsinin ziyarət edə biləcəyi məsələsində evliliklərdə yaşanan müzakirələrin başına gəlir. Hər tətil müddətində gündəmə gələn bu problem üçün dava etmək yerinə, ailə ziyarətlərini əlavə etdiyiniz mənaları paylaşmaq doğru olacaqdır. Ailə ziyarətləri xaricində, alternativ tətil proqramları yaratmaq hər iki tərəfi də xoşbəxt edəcəkdir.