Qadin.NET / Evliliyinizi zədələyən 4 meyar

Evliliyinizi zədələyən 4 meyar

Evliliyinizi zədələyən 4 meyar

1. Real olmayan gözləntilər

Özünüzü bədbəxt hiss etdiyinizdə ilk öncə səbəbi analiz edin. Gözləntiləriniz vəziyyətin reallığına uyğun şəkildə formalaşdırsanız, xoşbəxt olarsınız. Ərinizin və ya uşaqlarınızın sizi xoşbəxt etməyini gözləmək real deyil. İlk öncə özünüzü xoşbəxt edin. Həyatınız boyunca ərinizin bir dostunuz olduğunu düşünün. Bu işinizə yararyardı. Çox qadın, bir neçə rolu dolduran dosta sahibdir. Alış-veriş etməyi sevdiyiniz bir dostunuz vardır. Bir dostunuz sizinlə işləməyi sevir. Həyatınızda hər insan fərqli bir rola sahibdir. Heç biri daha dəyərli deyil, sadəcə fərqlidirlər. Ərinizin sizi tamamlamasını və əbəbi xoşbəxt etməsini istəsəniz, sadəcə uğursuzluğa düşərsiniz, eyni zaman özünüzü xəyal qırıqlığına salarsınız.

Ilk öncə özünüzə baxın. Özünüzdə xoşbəxtliyi tapmağa çalışın.

2. Evliliyinizə təsir edəcək və yox edəcək sözlərdən istifadə etməyin

Kişilər fiziki olaraq güclü olmaqla birlikdə, sözlü zəkaya gəlincə qadınlardan daha avantajlıdırlar. Qadınlar kişilərdən 3 dəfə daha çox danışırlar. Qadınlar danışmağı sevirlər və sözləri lazımlı şəkildə istifadə edirlər. Dünyadakı bütün üzüntülər, əsəbi sözlərin ağrısını heç vaxt geri gətirməz. Kəlimələri silah olaraq istifadə etmək yerinə, onları rahatlamaq, təşviq etmək və yüksəltmək üçün şəfa verici olaraq istifadə edin.

 

Evliliyinizi zədələyən 4 meyar

3. Gücünü zəiflətməklə birlikdə, məsuliyyətli olmasını tələb etmək

Hər hansı şirkətdə, bir lider olmalıdır. Bütün təşkilatların başçısı “ Stol burda olmalıdır” deyəndir. Ailə də bu cür təşkilatlara bənzəyir. Bir problem yarananda, bunu öz üzərinə götürən biri olmalıdır. Həyat yoldaşını günahkar çıxarmaq yerinə onunla birlikdə məsuliyyət öz üzərinizə götürməyi bacarın. Birlikdə çalışın. Birlikdə qərarlar qəbul edin. Öndə gedənin bacarığına hücum etmədən, bir qərara gəlməsinə kömək edə bilərsiniz.

4. Yalnış insanı seçmək

Bir kişi ilə tanış oldunuz və ondan xoşunuz gəlir. Zamanla kiçik qüsurlarının fərqinə varmağa başlayırsınız. “ Mən evləndikdən sonra özüm onu təmir edərəm” deyirsiniz. Orda durun! Onu düzəltmək olmur. Evləndiyiniz adamla yaşadığınız adam eyni adam olacaq. Nəzakətlidirsə nəzakətli, kobudursa kobud olacaq. Alkoqol içirsə, içməyə davam edəcək. Onları dəyişməyə sövq edə bilmərsiniz.

 

 

 

26 mart 2017
GO BACK