Qadin.NET / Evlilikdən sonra sevgi azalır?

Evlilikdən sonra sevgi azalır?

 

Evlilikdən sonra sevgi azalır%3F

 

Bu gün məhz bu haqda yazmaq istəyirəm,səmimi ürəkdən gələn sözlərimi.

Deməli,mənə bu sualı burdakı nişanlı 5-6 qız verib.Onların adlarınıı isə yazmayacağam.

Xanımlarımız deyirdilər ki,nişanlımızla bir-birimizi çox sevirik amma hamı deyir ki evlilikdən sonra sevgi azalır.Bu doğrudur?!

Yaxudda deyirlər siz hələ tezə evlisiz də,1 uşaq olsun sonra baxarıq sevginiz azalacaq yoxsa yox.

Mən şəxsən öz fikrimi bildirmək istəyirəm,mən bunnan razı deyiləm ki,evlənəndən sonra sevgi azalır uşaq olandan sonrasını deyə bilmərəm çünki uşağım hələ ki yoxdu.

Artıq il yarımdır ki evliyəm amma nə yoldaşımın nə də ki mənimbir-birimizə qarşı sevgimizin zərrə qədər də azaldığını görməmişəm.İnşAllah həmişə də belə olar!

Məncə cütlüklər evlənəndən sonra daha da bir-birlərinə bağlanırlar!

Adi bir misal,nişanlı olanda uzağı gündə bir dəfə bir yerdə yemək yeyirdinizsə indi isə ən azı səhər və axşam bir yerdə yeyirsiniz.

Yaxud nişanlı vaxtnızda ayrı ayrı evlərdə o öz evində siz də öz evinizdə yatırdınızsa evləndikdən sonra isə bir yastığa baş goyursunuz!

İnandırıram sizləri ki, 2-3 ay  sonra evləndikdən sonra yəni,siz özünüzdə bunu hiss edəcəksiniz sevgidən daha güclü bir güvvə bağlayır sizləri bir-birinizə!

Gələk o biri məsələyə ki,uşaq olandan sonra sevgi azalır?!

Yoldaşım həmişə deyir övladı mənə verən sən olacaqsan təbii ilk növbədə Allah verməlidi,sən vasitəsən!Mənə övladı bəxş eləyən insanı o övladdan çox sevə bildiyimə inanmaram!Sən olmasaydın o övladda olmazdı!

İllər keçəcək övladlarınız böyüyəcək,hərə bir evin gəlini olacaq ya da ki oğlanlarımızda bir ailə başçısı olacaqlar.Onların hərəsinin öz həyatı olacaq yənə də bir-birlərinin yanlarında ər və arvad qalacaq!

Mən onu deyə bilərəm ki, nümunə kimi,mənim atam və anam göz qabağındadılar,3 bacı 1 qardaşıq biz.2 bacı ailəlidi 1- ci bacımın 2 uşağı var,mən də ailəliyəm,balaca bacım isə nişanlıdı.Görürəm ki həqiqətən biz ailə qurub köçdükcə valideylərim bir-birlərinə daha sıx bağlanır.

İndi siz deyin əziz xanımlarımız  belə olan halda sevgi azalırmı?Söhbət əsl sevgidən gedir.

Çalışın həmişə sevib seviləsiz,ailənizin qədrini biləsiz!

Allahdan sizlərə sağlam,möhkəm və mehriban ailə arzulayıram.Allah hamını xoşbəxt eləsin hamının içində bizləri də Amin!

17 iyul 2011
GO BACK