Qadin.NET / Zəmanə dəyişilib yoxsa insanlar?

Zəmanə dəyişilib yoxsa insanlar?

 

Zəmanə dəyişilib yoxsa insanlar?

 

İyun ayının 16-sı  idi,işə gedirdim.65 nömrəli avtobusdan Caspian Plazanın yanında düşdüm.İş yerimə tərəf 5 dəqiqə piyada yoldu.Yolu gedirdim ki görürəm yolun gırağında bir qız dayanıb. İndi qız haqqında yazım sonra da öz fikrimi sizlərə çatdırım! Deməli qız nazik bir yay maykası geyinmişdi yəni açıq,Həmdə kürəyi çox açıq bir mayka idi.Yubkası cins və çox qısa idi.Belində tatirovka vardı,və alt geyimi çıxmışdı bunu beziləri qəsdən edir.Sağ qolunda da tatirovka vardı,əlində siqaret çəkirdi,saçlarını yığmışdı çönüb mən gələn tərəfə yəni mənə baxanda gördüm ki dodaqları silikondu, özdə necə.Bütün maşınlar signal verir,ona baxır və söz atıb ələ salırdı. Elə bil dünya başıma fırlandı.Belə şeylərdən uzaq olub və pis baxan bir insan kimi təəccübləndim.Bir anda məndə qadın olduğum üçün çox utandım. Yolda gələ gələ fikirləşirdim ki, vaxt var idi bir oğlan bir qızın hərisini almaq üçün günlərnən,aylarnan onun dalınca gəlirdi, qız isə yənə deyirdi ki, mənim böyüklərim var.Amma indi isə oğlan qıza yaxınlaşan kimi qız hər şeyi oğlana özü təklif edir.Təbii bütün qızlara aid edilmir bəziləri demək olar ki 50% indi belə olub. Öz özümə fikirləşirəm niyə bu qədər ucuz olub ki qızlarımız?Xanımlıqdan əsər əlamət get gedə qalmır.

  İndi isə sualım sizlərədi sizcə zəmanə bunu tələb edir ki,qızlarımızın çoxu bu günə düşüb yoxsa Şeytan bunları yoldan azdırır?Belkə ehtiyac üzündən?Yoxsa özünüzün şəxsi fikriniz var?

22 iyun 2011
GO BACK