Sadəcə saç və makiyajla gözəl görsənməyə çalışmaq estetik baxımdan sizi gözəl göstərsə də, olduğunuz mühitdəki anlıq bir hərəkətiniz sizi sevimiz göstərib, gözəlliyinizi arxa plana ata bilər.
Olduğunuz mühitdə qətiyyən etməməli olduğunuz 5 sevimsiz hərəkət:
Dayanmadan şəkil çəkdirmək
Olduğunuz mühitdə yersiz çəkil çəkdirməkdən, hətta dodağınızı büzüşdürərək selfi çəkdirməkdən qətiyyən əl çəkməyinizi tövsiyə edirik.
Həddindən artıq özgüvən
Çox təvazökar olmaq sizə zərər verəcəkdir bəlkə, amma tarazlığı da qorumaqda fayda var. Müvəfəqiyyətli və ağıllı olduğunuzu fikirləşsəniz belə bunu çox deməyin. Özünüzə saxlayın. Etdiyiniz davranışlarla daha çox diqqət cəmləmiş olarsınız.
Göz təması vacib
Qarşınızdakı danışarkən, onunla göz təması qurmaq yerinə tez-tez ətrafa baxmaq sizi anti-simpatik göstərəcəkdir. Sağlam bir informasiya qaydası göz təmasıdır, həm də notbuk, telefon və ya planşet ilə vaxt keçirmək əvəzinə qarşınızdakı insanlara vaxt ayırmağı yaddan çıxartmayın.
Diqqət çəkmək istəyi
Mühitdə diqqərləri üzərinizə çəkmək üçün dayanmadan zarafat etmək və ya etdiyiniz bəzi hərəkətlər sizi bir müddətdən sonra itələyici bir mövqeyə gətirəcəkdir.