Ernest Hemunquey cəmi 6 sözdən ibarət ən kiçik hekayəni yazdıqdan sonra yazıçılar arasında az sözlə daha çox fikir ifadə etmək böyük bir zirvəyə çevrildi.
Mənaca böyük hekayələr:
1. "Sabah görüşənədək"-dedi o uzun illər əvvəl mənə. Mən hələ də gözləyirəm.
2. Əlivida - deyə təyyarədən təyyarələrin uçuş mərkəzinə səsləndilər -Kömək etməyə çalışdığınıza görə təşəkkür edirik.
3. O Google axtarış sisteminə "Mən niyə tənhayam?" yazdı.
4. Yadlar - Tanışlar- Ən yaxşı dostlar - Sevgililər - Yadlar .
5. Bu yaxınlarda mən ailəmizin yeganə uşağı oldum.
6. O poema idi, amma onun şeirdən anlayışı yox idi.
7. Uşaq ayaqqabıları satılır -Geyinilməmiş.
8. Mənə üzümü qırxmağı anam öyrədib.
9. Mən evə qızılgüllə döndüm, amma qapıya açarlarım düşmədi.
10. Ən ağır balaca tabutlar olur.
11. Bu gün yenə mən anamın vəzifələrini yerinə yetirməli oldum.
12. Özümü hey böyük (yaşca) xəyal edirdim. Böyüdüm, xəyallarımı itirdim.
13. Mən ölmüşəm və sənin üçün çox darıxmışam. Səni qucaqlaya bilərəm?
14. Yeni doğulmuş uşaq atası ilə birlikdə hönkürtü vurub ağladı.
15. Mənim anamın adını telefon siyahısından sildilər.
16. Bu gün bizim toyumuzun qızıl yubileyidir. Heyf bir nəfərlik stolda.
17. Siz nişan üzüyünüzü geri istəyirsiniz.
Tərcümə edən: Ülviyyə Tahir