Qadin.NET / Dollar əhvalatı

Dollar əhvalatı

Dollar əhvalatı

Bu hadisə hələ valyuta kurslarının tətbiq edilmədiyi illərdə ABŞ və Kanada sərhəddində yerləşən bir şəhərdə baş vermişdir...

Məlumdur ki, o illərdə (elə indi də) ABŞ və Kanada pul vahidi kimi dollardan istifadə edirdi. Ancaq hər iki ölkə öz pulunun daha qiymətli olduğunu iddia edirdi. Belə ki, kanadalılara görə 1 ABŞ dolları 90 Kanada senti, amerikalılara görə isə 1 Kanada dolları 90 ABŞ senti idi...

Bir gün bir amerikalı cibində 1 ABŞ dolları gəzməyə çıxdı. Yolda acdığı üçün bir çörək aldı. Çörəyin qiyməti 10 ABŞ senti idi. Amerikalı cibindəki 1 ABŞ dollarını verdi. Satıcı isə xırda pulu olmadığı üçün 1 Kanada dolları qaytardı (əlbəttə ki, 1 Kanada dolları 90 ABŞ senti olduğu üçün).  Sonra amerikalı sərhəddi keçdi və Kanadada gəzməyə başladı. Bu vaxt bir qələmə ehtiyacı olduğunu xatırladı və bir dəftərxana mağazasına girdi. Qələmin qiyməti isə 10 Kanada senti idi. Cibindəki 1 Kanada dollarını verdi. Satıcı da xırda pulu olmadığı üçün amerikalıya 1 ABŞ dolları qaytardı (əlbəttə ki, 1 ABŞ dolları 90 Kanada senti olduğu üçün). Amerikalı oradan çıxıb evinə qayıtdı. Sonra da düşünməyə başladı: “Səhər evdən çıxanda cibimdə 1 ABŞ dollarım var idi. Indi də cibimdə 1 ABŞ dollarım var. Elə isə çörəklə qələmin pulunu kim verdi?..”

12 iyun 2011
GO BACK