Bu hansı qüvvədir ki, mən etmək istəmədiyimə məni məcbur edir. Vicdan məndə hardan yaranır?
İnsanın ətrafa olan münasibəti var hansı ki, 2 hissədən ibarətdir:
1) Şirin, lakin üzücü
2) Həqiqət, lakin yalan
Məs: Mən şokalatı sevirəm. Mənə görə şirindir, lakin həkim mənə istifadəni məsləhət görmür. Bax bu artıq şirin və üzücüdür. İstəyimdən imtina etməmək üçün, beynimdə özümü rahatlamaq üçün qəbul etmədiyimə görə -Yalandır. Bu mənə ziyandır, lakin dadını sevdiyimdən deyirəm ki, şirindir. Məntiqim isə mənə pis olduğunu deyir. Biz bilməliyik ki, həqiqətdə olan doğrular nədir. Bizə şirin olandan imtina etməliyik. Vicdan bu iki metodu izləyən vasitədir. Vicdan - bir siqnaldır, hansı ki, bu mənim qərarımdır.
Həqiqət isə acı olana münasibətimdir və burda vicdan mənə köməklik edir. O məni doğru qərar verməyə istiqamətləndirir. Belə bir deyim var “Səndə vicdan yoxdur”. Bu insanın qarşısında olan insanı öz baxış tərziylə ətrafa baxmasını istəməsidir. Sizə görə qarşıda olan insanın vicdanı olmaya bilər, lakin qarşı tərəfə görə bu belə deyil! Bir insanı vicdana təsir etdirmək istəyirsinizsə, ona ən gözəl örnək məhs özünüzün o cür davranış göstərməyinizdir. Pisliyin nə olduğunu ona təsir etdirməlisiniz. İnsan pislik fəsadlarının insan həyatına törədə biləcək vəziyyətlərin fərqinə özü varmalıdır. Yalan nədir, həqiqətin insan həyatında rolu, vicdan və daxili məni insan özü tapmalıdır. Şirin yalan insanın gözündə həmişə həqiqət görsənir. Biz bundan qorunmalıyıq bu insanın həyatına ən böyük fəsad törədən vasitədir!