Qadin.NET / Nəyə fokuslansaq,onu artırırıq!

Nəyə fokuslansaq,onu artırırıq!

Nəyə fokuslansaq,onu artırırıq!
 

Bir  qadının  gözlərində  çarəsi  tapılmayan  bir  xəstəlik  ortaya  çıxır və  kor  olmaq  təhlükəsi  ilə  qarşı-qarşıya qalır.  Həkimlər  heç  bir  şey  edə  bilməyəcəklərin  söyləyirlər. Çox  qərarlı  olan və  eşitdiklərindən  heç xoşlanmayan  qadın bu  qədər  çarəsiz  olmasa,  əsla  yönəlməyəcəyi   alternativ  müalicələrə  yönəlir.  Bu ona gülünc  görünsə də, içində  olduğu  çarəsiz  vəziyyətdən  ötrü  sınamağı  qərara   alır.

Sonunda qadın  alternativ  üsullar tətbiq  edən  bir  terapistə  gedir.  Terapist  ondan  həyatını  və  özünü  izah etməsini  istəyir. İzah  etməyə  başladıqdan  sonra  terapist  qadını  susdurur  və "Son  10 dəqiqə  içində  tam  15 dəfə   "nifrət  edirəm " cümləsini  istifadə  etdiyinizin  fərqindəsinizmi ?" deyir. Qadın  şoka  uğrayır. Bir  çox  şeyi açıqlayarkən "nifrət  edirəm "  sözündən  istifadə  etdiyini  anlayır.  
"Dünyanın  getməkdə  olduğu  haldan  nifrət  edirəm".
"Məktəblərdə  uşaqlara  davranma  şəkillərindən  nifrət edirəm". 

"Onu  görməkdən nifrət  edirəm".

"Bunu  etməkdən  nifrət  edirəm". 

Bu  onun  üçün  həqiqətən  gözlərini açan  təcrübə  olur. Bunun  üzərində  istifadə  etdiyi  sözləri  dəyişdirir  və   illər  sonra  hələ  mükəmməl  görə  bilir. 

Burada  Universal  Qanunlardan olan "fokuslanma  qanunu " dövrəyə  girir. 

Fokuslanma Qanunu 

Nəyə  fokuslansaq ,  nəyə  diqqətimizi versək, onu  yaradır, onu çoxaldırıq. Çəkinməyə  çalışdığımız  şey  yerinə əldə etməyə  çalışdığımız  müsbətə  fokuslanmaq  çox  əhəmiyyətlidir. Məsələn,  əsla yaşlanmamağa fokuslanmayın, bunu  etsəniz,  qısa  zamanda  yaşlanacığınız qətidir. Bunun  yerinə  sağlam, enerjili  və   gənc olmağa  fokuslanın, diqqətinizi  bunlara  verin. İstifadə  etdiyimiz  sözlərə  diqqət  yetirmə  mövzusunda  çox maraqlı  bir  sıra məlumatlar  var ,  belə  ki, "siz "  şəkilçisi  ilə  bitən  sözləri  belə  ədəbiyyatınızdan  çıxarın. 

Məsələn, "Sərhədsiz  bolluq  istəyirəm" deyərkən əslində  şüuraltınızın  anladığı  məhdud  bolluqdur. Bir  başqa nümunə  də  "Asan, səy tələb etməyən və  əyləncəli    bir  əlaqə  istəyirəm" deyərkən əslində  asan, səy  tələb edən və  əyləncəli  bir  əlaqəni  çəkirsiniz,  çünki  "səy" sözundən  sonrakı   "siz" şəkilçisi  onu  mənfi  hala  gətirir və şüuraltınız  bu  sözü  "səy"  olaraq  işə  soxur . Bunun    yerinə     "asan və əyləncəli  bir  əlaqə  istəyirəm" gəlməsini  çox  asanlaşdırır. Ağızınızdan  çıxan  sözlərə  diqqət yetirməyə  çalışın. Yaxınlarıza   söylədiklərinizə diqqət yetirmələrini  xahiş  edə  bilərsiniz. Ən  çox  nələr söyləyirsiniz ,  nə  növ  sözlərdən, deyimlərdən  istifadə edirsiniz... 

"Minlərlə  kilometrlik  bir  yola  çıxmaq  üçün  əvvəl  bir  addim  atmaq  lazımdır " - sözündən  yola  çıxırıq. 

1. Yazın

Kiçik ,  sevimli  bir  dəftər  alın  və   hər  səhər  şükür  etdiyiniz  5 şeyi  bu  kiçik  dəftərə  yazın. Hər  şeyi  yaza bilərsiniz ...  Nümunə: "Görə bildiyim  üçün, axşama  yeməyim  olduğu  üçün,  quşların  səslərini  eşidə  bildiyim üçün"... Siz  bu  işi  gördükcə  nələr-nələr  tapacaqsınız, şükür  edəcəksiniz. Və   şükür  etmə  enerjisi   Kainatabirbaşa "Bunlardan  daha  çox  istəyirəm"  deməkdir  və   Kainat  sizi   çox   rahat  eşidə  biləcək. 

2. Gözəl   şeylər  söyləyin

Hər  gün  yaxın  ətrafınızdakı  və  ya   heç   tanımadığınız  insanlara (dükanlarda  xidmət  edənlər,  marşrut  şoferi və s.) yaxşı  təsir  edəcək  sözlər  söyləyin... Bu   şəxslər  nə  qədər  tanımadığınız  kəslər  olsalar,  o  qədər yaxşıdır... Onların verdikləri  reaksiyanı  izləyin... 

3. Təşəkkür  edin

Bəyəndiyiniz   şeyləri  insanlara  ifadə  edin, təşəkkür  etməyi  vərdiş  halına  gətirin... Qida  məhsulları  satılan  bir dükana, məsələn,  "Çox  təmiz mağazadır,  çox  xoşuma  gəldi" deyin... 

4. Sözlərinizə  diqqət  yetirin!

Söylədiklərinizə  diqqət  yetirməyə  başlayın. Ağzınızdan  çıxanlara  əhəmiyyət  verin. Bunun  üçün   ətrafınızdan da  kömək  istəyə  bilərsiniz. Onlar  sizi  kənardan  çox  yaxşı  müşahidə  edə  bilərlər. 

 

İnsan oğlu  qədər  özünə  kor  olan başqa  bir varlıq  yoxdur  bu  dünyada... 

1 avqust 2011
GO BACK