Qadin.NET / Zehnin gücü ilə zəngin olmağın yolları

Zehnin gücü ilə zəngin olmağın yolları

Zehnin gücü ilə zəngin olmağın yolları

Karyera həyatında uğur qazanmaq üçün, necə deyərlər, ağıl "işlətmək" lazımdır. Bunun üçün intellektual gücünüzdən maksimum istifadə etməlisiniz. Bir çoxları bunu çox çətin bir şey kimi qəbul edirlər. Ancaq  bir az öz üzərində işləmək, zehni, bir nöqtəyə yönəltmək, karyera yolunuzda yaşıl işıq yandıra bilər.

Düşüncənin dəyəri Zəngin olmaq istəyirsiniz mi? Elə isə, zehninizlə işlədiyiniz müddətin xəyali dəyərini müəyyən etmək üçün, bəsit bir intelektual oyun oynayaq.   Deyək ki, sahib olduğunuz hər düşüncə üçün bir dollar qazanır va ya itirirsiniz. Dəqiqə başına bir düşüncəniz olduğunu fərz etsək, bu vəziyyətdə hər saat, potensial olaraq 60 dollar qazandıra bilər və ya bu müddətdə itirə bilərsiniz.   Hər uğurlu 16 saatlıq gün, bu hesaba görə, 960 dollarlıq potensial qazanc deməkdir. Ancaq digər tərəfdən, "Əsla bacara bilmərəm" ifadəsi və tək bir mənfi düşüncə ilə dörd saatı çölə atsanız, "intellektual sərvətiniz" 240 dollarlıq itkiyə səbəb ola bilər. İndi, tək bir düşüncənin belə, zəngin olmaq istəyən insan baxımından nə qədər önəmli ola biləcəyini görə bilirsinizmi?

Düşüncənin gücü Həyatınız, ağlınızdan keçən düşüncələrin " nəticəsi" deyil. Əslində, düşüncələriniz həyatınızı "yaradır".

Bəs bu necə ola bilər? Deyək ki, işinizə son verilib. Bu inkişafa səbəb olan zəif iqtisadiyyatı sizin "yaratmadığınız" da ortadadır. Ancaq, buna necə reaksiya verəcəyinizə nəzarət etmək, tamamilə sizin əlinizdədir.   Əhvalınızın çox pozulduğunu və pissimist notlara qapıldığınızı düşünək. Reaksiyanız, yaşam tərzinizdə heç şübhəsiz mənfi bir gerçəklik yaradacaq. Elə isə, bunun əvəzinə, ipin ucunu buraxmayıb  Web-də yeni bir iş qurmağa razısınızmı? Belə bir vəziyyətdə, eyni inkişafa cavab olaraq bütünlüklə fərqli bir gerçəklik yaratmış olacaqsınız. Yaşamaq, ele-belə, öz-özünə olmur. Olub-keçənlərə verdiyimiz reaksiya, şəxsi gerçəkliyimizi təşkil edir. Bunu bir an düşünün. Həqiqətən də öz yaşayışınızı yaratmaq üçün özünüz məsuliyyətlisiniz.   

Düşüncənin axarı Bir çox insan, öz aktiv düşüncə müddətinə çox az diqqət edərək və ya heç diqqət etmədən həyatını sürdürür. Bu insanlar, zehnlərinin necə çalışdığından xəbərsizdirlər. Zehnin nəyə diqqət etdiyini, nədən qorxduğunu, özünə nə dediyini və nəyi qulaqardına vurduğunu bilmirlər. Ümumi olaraq yemək yeyər, yatar, çalışar, oyun oynayar, gülər, narahat olar, ümid edər, planlaşdırar, sevər, nifrət edər, yemək bişirər, avtomobil sürər və çalışarıq. Bunların hamısını "necə" və ya " nə" düşündüyümüzü çox diqqətə almadan edərik.  

 Zehnin gücü ilə zəngin olmağın yolları

Bu, hər zaman pis deyil Hər bir hərəkət və ya davranışımız barədə düşünsəydik, beynimizi əhəmiyyətsiz  qərarlarla həddindən artıq yükləyərdik. Ancaq, məsuliyyətli bir tərzdə diqqət etməyimiz vacib olan başqa bir düşüncə tərzi də var: həyat  gerçəkliyimizi yaradan düşüncələr!

Düşüncə Tərzinin Mərkəzi Uğurlu insanların uğura, zəngin insanların zənginliyə, güclü liderlərin liderliyə mərkəzləşmiş düşüncə tərzləri var. İndikindən daha zəngin bir həyat  tərzi sürmək istəyirsiniz?   Elə isə, "zənginliyə mərkəzləşən bir düşüncə tərzi" inkişaf etdirməniz və bunu bütün saflığı ilə qorumağınız lazımdır.   "Bunu söyləmək asandır" deyə düşünə bilərsiniz. Uğurlu olduğunuz zaman, uğuru düşünmək, zəngin olduğunuz zaman zənginliyi düşünmək asandır. Ancaq onlar olmayanda, nə zənginlik, nə də uğur haqqında düşünmürsünüz. Fikirləşirsiniz ki, həyat şəraitiniz, karyeranızın inkişafını əngəlləyir. Heç də elə deyil! Hər kəsin uğurlu olmağına imkan verməyən tək bir şey var: düşüncələr. Düşüncələriniz, sizi bu gün olduğunuz yerə gətirib; daha müsbət və güclü bir şeylə yer dəyişdirmədikcə, sizi o nöqtədə saxlayacaq! Ancaq arzuladığınız həyat  tərzini yaratmaq üzrə zehninizi yönləndirməyi "öyrənə bilərsiniz". Tək həqiqi ehtiyac, hərəkətə keçməyinizdir! Bir şeyin dəyişməsini arzulamaqla heç nəyə nail olmaq olmaz. Hərəkətə keçməsəniz, düşüncələrinizin təsirini və tərzini dəyişdirməsəniz, olduğunuz yerdə qalarsınız.

Gerçəklik dəyişikliyi yaradın  Daha artıq zəngin olmaq istəyirsinizsə, başlanğıc nöqtəniz, zənginliyə mərkəzləşən düşüncə tərzi yaratmaqdır. 

Zehnin gücü ilə zəngin olmağın yolları

Mövcud düşüncələrinizi gözdən keçirərək işə başlayın! Finans baxımından bolluq içində olmaq istəyir, amma davamlı  olaraq pulsuzluğunuzu düşünürsünüzsə, deməli düşüncə tərzinizi " bolluq çubuğunun" yanlış ucuna istiqamətləndirirsiniz. Bu zaman şüuraltınızın verdiyi gizli  mesajları diqqətdə saxlamağınız lazımdır.   Diqqət edə bilməmək, şüuraltınızı nəzarət altında saxlayar. Daha sonra şüuraltınız, bu gün sahib olduğunuz gerçəkliyi yaradan düşüncələrin eynisini gücləndirməyə davam edəcək.Özünüzü zəngin hiss edin. Zehninizdən yoxsulluq düşüncələrini silib atın. Bunları dərhal zənginlik düşüncələri ilə dəyişdirin! Bu, çox bəsit görünürmü? Bunu etmək üçün özəl bacarıqlara,zəkaya və ya istedada ehtiyac yoxdur. Lazım olan tək şey düşüncələrinizi nəzarət altına almağa qərarlı olmaqdır. Bu qədər! Keçmişdəki və ya indiki vəziyyətinizin nə olduğu və ya hədəflərinizə çatma mövzusunda nə qədər uğursuz olmağınız heç də önəmli deyil. Yalnız ağlınızdan keçən düşüncələrə diqqət edərək, həyat şətrlərinizi dəyişdirə bilərsiniz.

Sınayın və necə dəyişdiyinizi görün! Həyat  tərziniz, bir ayna kimi, düşüncə şəklinizin eynisini əks etdirir. Zənginlik öz-özünə "gerçəkləşdirilə bilməz". Siz onu ya yaradın, ya da həyatın önünüzə atdığı qırıntıları qəbul etməyə davam edin. Düşüncə tərzinizi dəyişdirin; beləliklə həyat tərzinizi də dəyişdirəcəksiniz.

17 sentyabr 2016
GO BACK