Qadin.NET / Bir rəsm əsərinin oxunuşu

Bir rəsm əsərinin oxunuşu

Bir rəsm əsərinin oxunuşu

Titrəyən ağac, atmosfer və sevgini hiss etməyimizə yönəlmiş həfiflik, rahatlıq və gizlilik hissi oyandıran bir portret. Boyalar sanki qayalardan axıb süzülür, xanım Sheridanın geyimi ilə həmahəngdir. Arxa plandakı qürub vaxtı buludlarının rəngi xanımın ağ dərisinin parlaqlığı və boynu ilə qolları ətrafında köpük-köpük qabarma təsəvvürü yaradan zərif, şəffaf şifon şərf ilə uyğunluq içindədir. Xanımın saçının bir lüləsi şərfin qıvrımları arasına qarışır. Rəssam fırçanı sanki süpürcəsinə istifadə edərək tamamlanmamış fırça vuruşlarından xanım Sheridanın incə şərfinin hələ də həfif yeldə yellənməsi görünüşü yarada bilmişdir. Bir an mənə elə gəldi ki, rəssam öz modelini silib yenidən yaradıb. 

"Xanım Richard Brinsley Sheridan" 
Rəssam: Thomas Gainsborough, 1787.

Qeyd: Xanım Richard Brinsley Sheridanın qızlıq adı Linli Elizabet Enn olmuşdur. Yuxarıda təsviri verilmiş rəsimdə 31 yaşındadır. Aşağıdakı rəsimdə isə (soldan) 18 yaşındadır. Hər iki rəsmin müəllifi Thomas Gainsboroughdur. 

Bir rəsm əsərinin oxunuşu



27 sentyabr 2016
GO BACK